3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
Rusiyanın NTV telekanalının «Görüş yeri» («Mesta vstreçi») proqramında Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb. Virtualaz.org xəbər verir ki, proqramda noyabrın 24-də imzalanan bu razılaşma «ümumerməni miqyasında tarixi hadisə» adlandırılıb. Deyilib ki, Ermənistan bununla guya müstəqil olduğunu göstərmək istəyib. Əslində isə Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığa Rusiyanın nəzarəti altında gedib. Hansı ki, həmin ərəfədə intensiv erməni-rus təmasları bunu təsdiqləyir.
Proqrama dəvət olunan ekspertlər isə Ermənistan barədə sərt fikirlər səsləndiriblər. Məsələn, politoloq Oleq Barabanov bildirib ki, Ermənistan Avropaya gərək deyil. «Burada məsələ sadədir - Avropa İttifaqında yaranmış çata Rusiya tərəfindən paz çalınması. Burada məsələ Avropaya deyil, Ermənistana aiddir. Ermənistan 2013-cü ildə Avrasiya İttifaqı və Avropa İttifaqı arasında seçim edə bilərdi. O vaxt Ermənistan Avrasiya İttifaqını seçdi, indi isə o azad deyil, bu ittifaqın üzvüdür. Bizdə Gömrük İttifaqı çərçivəsində sərhədlər yoxdur və Ermənistan troya atına çevrilib», - o deyib.
Siyasi araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə deyib ki, razılaşmanın imzalanması Ermənistanın Rusiya ilə münasibətlərinin korlanması deməkdir. «İrəvanda Rusiyaya qarşı iradlar var ki, pulu az verir. Bizdə Njde məsələsi ilə bağlı münaqişə də var, o, Hitlerin tərəfdaşıdır. Ermənistanda isə onu qəhrəman elan edib heykəl qoyurlar. Njde nasist cinayətkarıdır», - Markov bildirib.
Proqramın aparıcısı Olqa Belova isə Ermənistanın ünvanına tikanlı atmaca atıb. Onun sözlərinə görə, Ermənistan gəzəyən gənc qızdır, əri olsa da özünə gənc sevgili tapıb.
Proqramın həmin dəqiqələrinin videokadrlarını təqdim edirik.
Xatırladaq ki, Ermənistanla Aİ arasında razılaşmanın imzalanması ərəfəsində Rusiya Müdafiə Nazirliyinin telekanalı «Zvezda» Serj Sərkisyanı faşist Qaregin Ndje ilə müqayisə etmişdi.