
Böyük Qayıdışa dair II Dövlət Proqramı
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Gözlərim önündə bir mənzərə var – sabah kimlər bir araya gəlməyəcək
... azad olanda – kəlmələrin üstündə, bütün məfhumlardan dəyərli olur
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Əgər bir soyun əksəriyyəti qəddar, vəhşi, faşistdirsə, ...
... Yaxud əlləri havada qalan Ağdam sakini
Almaniyalı rəssam İnqa Şmidtin master-klassı çərçivəsində hazırlanan əsərlərin sərgisi
Məğlub olmuş ölkənin başçısı Qalib baş komandandan mədət diləyir
Aprel döyüşlərindən şanlı Zəfərə!
Bir kitabdan daha artığı
Yanlış adlar və ifadələr nəyə gətirib çıxarır?!
Düşmən gülləsindən yayınıb qardaş gülləsi ilə həlak olan qəhrəman
Nə yaxşı ki, suverenlik məsələsini vaxtında və tam həll etdik
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
«Region dövlətlərinin iqtisadi və siyasi maraqları Dağlıq Qarabağda müharibəyə imkan verməz». Bu fikirləri «Region» Beynəlxalq Analitik Mərkəzin sədri, politoloq Razi Nurullayev rusiyalı həmkarı Sergey Markovun «Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışmalar heç bir nəticə verməyəcək» fikirlərini şərh edən statusunda yazıb.
Politoloq həmçinin bildirib ki, Sergey Markov hakimiyyət içində müəyyən məlumatlara malikdir: «Çünki Rusiya həmsədr ölkələrdən biridir. Digər bir tərəfdən, dünyada və regionda gedən proseslərə və Azərbaycan-Ermənistan arasında gedən danışıqların axarına baxsaq görərik ki, yaxın zamanlarda müharibənin başlayacağı real görünmür». Onun sözlərinə görə, həmsədrlər fevralda, ən gec isə martda prezidentlərin görüşünü təşkil etməyə çalışırlar.
«Başqa bir tərəfdən, hazırda müharibənin başlaması üçün konyuktura yetişməyib. Tərəflərdən heç biri birtərəfli qaydada müharibəyə başlamağa hazır deyil. Ona görə ki, başlayacaq müharibə bir çox region dövlətlərinin maraqlarına toxunacaq» - deyə R,Nurullayev bildirib.