İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
15:21 | 28 fevral 2018 | Çərşənbə
Məqaləyə 2570 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
İran müxalifətinin ədəbiyyat və kinodakı səsi, “Oskar”a namizəd göstərilmiş rejissor – Mərcan Satrapi
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
İranın bir sıra əyalətlərində, o cümlədən Mərkəzi Azərbaycan və Loristan bölgələrində işçilər əmək haqlarının gecikdirilməsinə etiraz olaraq tətilə, habelə küçə aksiyalarına başlayıb. Virtualaz.org İLHA agentliyinin məlumatlarına istinadən bildirir ki, ən irimiqyaslı aksiya ötən gün Ahvaz əyalətində keçirilib. «Ahvaz Polad» şirkətinin təxminən 5 minə yaxın işçisi yerli valiliyin qarşısına toplaşaraq əmək haqlarının 3 aydır gecikdirilməsinə etiraz ediblər.
Ahvaz Valiliyinin rəsmisi Gulamrza Şəriəti bildirib ki, şirkətlərin Ahvazda və bir neçə başqa əyalətdə fəaliyyət göstərən metallurgiya şirkətlərində işçilərin əmək haqlarını gecikdirməsi məsələsini Daxili İşlər Nazirliyi araşdırır. Valilik bildirib ki, məsələnin həlli üçün nazirlik işçi təmsilçiləri ilə toplantı keçirməyə hazırlaşır.
Xəbərlərə görə iranlıların Novruz bayramına hazırlaşdıqları bir vaxtda əmək haqlarının aylardır gecikdirilməsi işçilər arasında kütləvi narazılıqlara səbəb olur. Yaranmış vəziyyətlə bağlı İranın Ali dini lideri Ayətullah Əli Xameneyi özünün internet səhifəsindən bəyanatla çıxış edərək ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı işçi hərəkatlarının miqyasının genişlənə biləcəyi haqda xəbərdarlıq edib. Dini lider ölkəsinin «daxildən və xaricdən fövqəladə təzyiqlərə məruz qaldığını» bildirərək bütün tərəfləri dialoq çağırıb.
Bundan əvvəl Xameneyi dini liderlər qarşısında çıxışı zamanı üstüörtülü şəkildə sahibkarların əmək haqlarının vaxtında ödənilməsi məsələsinə həssas yanaşmalı olduğunu bildirmişdi.
Xatırladaq ki, ötən il dekabrın sonlarında İranı güclü etiraz aksiyaları bürüyüb, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda onlarla nümayişçi öldürülüb. Minlərlə etirazçı həbs olunub. Bu aksiyalar yanvarın ortalarından səngisə də ara-sıra yenə də ölkənin müxtəlif bölgələrində etirazlar baş qaldırır. Narazılığın əsas səbəbi ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsidir.