
Çadırda hədəf alındı
“HƏMAS”ın yüksək vəzifəli rəsmisi öldürüldü
“HƏMAS”ın yüksək vəzifəli rəsmisi öldürüldü
Azərbaycan və İsrail aralarında imzalanan sazişlə əlaqələri gücləndirir
Tehran Bakıya proksi müharibədən və İrəvana dəstəkdən məhrum edilir
Bakının Qarabağ adlı dərdi yoxdur, Bakı azaddır
“Azərbaycanın “İbrahim müqavilələri”nə daxil edilməsi bu razılaşmaları möhkəmləndirəcək”
1500 il əvvələ aid tapıntılar həddindən artıq asketizmi ortaya çıxarıb
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
İsrail, ABŞ, və Azərbaycan arasında danışıqlar gedir
Trampdan “HƏMAS”a son xəbərdarlıq: “Yalnız xəstə və azğınlar meyitləri gizlədir“
İsrail ordusu Livanın cənubunda “Hizbullah” liderinin vurulduğunu təsdiqləyib
İranın yaraqlılarını məhv etmək üçün lazım olan sursata görə təşəkkür
ABŞ dövlət katibi satışı sürətləndirmək üçün bəyannamə imzalayıb
Nüvə proqramı barədə məlumat sızdırmaqda ittiham olunur
ABŞ və İsrail İranı vurmağa hazırdır, Ukrayna üçün “Marşal planı”
Həyəcanlı gözləmə davam edir
Terrorçuların Livan-Suriya sərhədindəki qaçaq məntəqələrə zərbələr endirib
İsrailin «Aviasiya sənayesi» konserni doqquz ölkəyə (yalnız Kanada və Hindistanın adı çəkilir) raket əleyhinə «Dəmir günbəz» radilokasiya sistemini satıb.
Modern.az saytının məlumatına görə, bu haqda İsrail mətbuatı məlumat yayıb. Satılan radiolokasiya sistemlərinin ümumi dəyəri 2 milyard dollardır.
İsrail mütəxəssisləri tərəfindən hazırlanmış texnologiya raketləri, pilotsuz uçuş aparatlarını aşkarlaya bilir və hava məkanında yüksək manevr qabiliyyətinə malikdir.
Belə radiolokasiya sistemlərinin imkanlarının genişliyi İsrail ordusu və bu silahları alan ölkələr üçün böyük bir şansdır.
«Dəmir günbəz» raketlərin zərərsizləşdirilməsi, artilleriya atəşinin açılması kimi özəlliklərə sahibdir.
«Dəmir günbəz» batareyaları üç hissədən ibarətdir. Çoxməqsədli radiolokasiya stansiyasının məqsədi buraxılmış raketlərin dəqiq yerini, məqsədini və uçuş trayektoriyasını müəyyən etməkdir.
«Dəmir günbəz» kompleksinin «Tamir» raketlərinin uzunluğu 3 metr, diametri 160 millimetr, çəkisi 90 kiloqramdır.
İsrail mətbuatı bildirir ki, «Dəmir günbəz» sistemi 10 kilometrədək hündürlükdə uçan təyyarələri də vurmağa qadirdir. «Dəmir günbəz» bir çox parametrlərə görə mükəmməl silah hesab olunur.
Qeyd edək ki, ötən ilin fevral ayında Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu (SIPRI) 2015-2016-ci illərdə Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabat hazırlamışdı.
Hesabatda qeyd olunurdu ki, Azərbaycan 2016-cı ildə İsraildən «OPV-62 gözətçi gəmiləri, havadan patrul xidməti üçün «Orbiter-1K» sursatı, «Barak-8» zenit-raket kompleksləri, «EL/M-2080» «Green Pine» hava hücumundan müdafiə sistemləri radarları, «LAHAT» tank əleyhinə idarə edilən yüngül raketləri, «Spike-NLOS» unikal raketləri, «EL/M-2288 AD-STAR» radarları, «Harop» hücum və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları, «SandCat» zirehli avtomobilləri satın alıb.
Hesabatda o da bildirilirdi ki, Azərbaycan 2016-cı ildə İsrailə «Dəmir günbəz» hava və raket hücumundan müdafiə sistemi və bu kompleks üçün «Tamir» raketlərini sifariş edib.
Lakin İsrail tərəfi «Dəmir günbəz»lərin satıldığı 9 ölkədən yalnız ikisinin adını çəkməklə kifayətlənib.
Xatırladaq ki, Ermənistan Rusiyadan «İsgəndər» raketlərini aldıqdan sonra Azərbaycanın bu silahlara «Dəmir günbəz»lə cavab verəcəyi haqda fikirlər səslənirdi.
Ekspertlər bildirir ki, «Dəmir günbəz» «İsgəndər» raketlərini birmənalı olaraq havada tutub zərərsizləşdirə bilər.