
İsveçrə frankı liderdir
Valyuta bazarında statistikaya əsaslanan siqnallar
Valyuta bazarında statistikaya əsaslanan siqnallar
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
Əsas dəstək zonası müdafiə oluna biləcəkmi?
FED faiz endirimi gözləntilərinə baxmayaraq kripto ən azı 4.5 min dollar dəyər itirdi
Kriptovalyuta bazarı kəskin yüksəldi
Tikinti ilə tanış olan ABŞ prezidenti faiz endirimi tələbini təkrarladı
Analitiklər inflyasiya və faiz qərarlarına dair yeni risklərdən danışır
FED sədri Konqresə yalan danışıb?
Tramp “Wall Street Journal”ın Pauell iddiasını təkzib etdi
Qlobal bazarda maraqla gözlənilən istiqraz hərracı ürəkaçan olmadı
Birjalar Trampın optimizminə rəğmən dəyər itirib
Alman sərmayəçilərinin güvəni tariflərin təsiri səbəbindən kəskin şəkildə azalır
PBOC yuanın devalivasiyasına əl atmayacaq
Bu həftə “FED”in faiz qərarı, Avropadan inflyasiya göstəriciləri və İngiltərə ilə AB arasında "BREXIT" müzakirələri diqqət mərkəzində olacaqdır.
Beynəlxalq valyuta birjalarında avronun qiyməti 1.18 dollara kimi bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb. Təhlillərə əsasən, Avronun məzənnəsi 1.18-in altında qaldıqca, 1.16-a kimi də ucuzlaşa bilər.
Ucuzlaşmaya səbəb çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının (ing.: “FED”) faiz qərarı üzrə artım gözləntiləridir. Bununla yanaşı, saat 22:30-da baş tutacaq “FED”-in mətbuat konfransı da investorların diqqət mərkəzindədir. Qeyd etmək lazımdır ki, burada gələcək gözləntilərə təsir edə biləcək açıqlamalar önəmli rol oynayacaqdır.
Cümə günü saat 13:00-da dərc ediləcək Avropanın inflyasiya ilə bağlı vacib fundamental məlumatların da birjalarda güclü dalğalanmalara səbəb olacağı gözlənilir.
Funt-sterlinq
İngilis funtunun məzənnəsi də 1.31 dolların altında qaldıqca, bu göstəricinin 1.29-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Burada İngiltərə ilə Avropa Birliyi arasında “BREXIT” sazişi fonunda müzakirələr diqqət mərkəzində saxlanılmalıdır. İngiltərə hökuməti üçün razılaşmanın əldə edilməməsi, mənfi nəticələrə və beləliklə, funt sterlinqdə də sürətli eniş dalğasına səbəb ola bilər. “BREXIT”in ləğv edilməsi fikirləri də son günlər səslənməyə başlayıb.
Lirə
Türkiyə maliyyə bazarlarında isə Türkiyə Mərkəzi Bankının (TCMB) faiz dərəcələrini gözləniləndən daha çox qaldırması, lirənin 8 faizə kimi bahalaşdırsa da, keçən həftə ərzində yenidən ucuzlaşıb. Beləliklə, qiymətlər lirə sentyabr ayının maksimum səviyyəsi altında qaldıqca, 6.52-yə kimi də ucuzlaşa bilər.
Neft
Avropanın “Brent” markalı neftinin bir barel qiyməti “OPEC+” ölkələrinin bəyanatından sonra yenidən 80 dollara kimi, yəni 2 faiz bahalaşıb. Qiymət 80 dolların üzərində möhkəmlənərsə, 81-ə kimi də dəyər qazana bilər.
Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
Qızıl
Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1208 dollara (38.8 dollar/qram) kimi dəyər qazansa da, güclü müqavimətlə rastlaşaraq, 1197-ə (38.5) kimi ucuzlaşıb. Burada isə təhlillər onu göstərir ki, qiymət 1196 dolları aşağı istiqamətdə qıraraq qalarsa, 1187-ə (38.2) kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.