vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 25 fevral 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SƏNƏTÇİ  
Ramiz Əzizbəyli reanimasiyadadır 11:57 | 21 fevral 2014 | Cümə Məqaləyə 3086 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ramiz Əzizbəyli reanimasiyadadır

Xalq artisti kasıbçılığın qurbanı olub

Xalq artisti, rejissor və aktyor Ramiz Əzizbəyli bu dəqiqələrdə Tibb Universitetinin tədris terapiya şöbəsinin reanimasiyasına yerləşdirilib. Hazırda sənətkar müayinə edilir. Bu barədə Bakupost.az-a R.Əzizbəylinin dostu, «Adəm» adına Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının rəhbəri Nicat Əsgərov məlumat verib.

O, bildirib ki, müayinədən sonra həkimlər sənətkara dəqiq diaqnoz qoyacaqlar: «Hər kəsi tanıyır, eşidir, lakin danışmaqda çətinlik çəkir. Demək olar ki, danışmır. Fevralın 9-da qəzadan sonra halı pisləşdi. Həkim çağırdıq. Həkimlər xəstəxanaya yerləşdirməyi məsləhət gördülər, lakin Ramiz müəllim razı olmadı. Evdə müalicə olunurdu. Düşünürdük ki, yaxşı olar. Amma son günlər vəziyyəti lap pisləşdi, kritik hala çatdı». Xatırladaq ki, yaşadığı ünvan ərazisində avtomobil qəzası keçirən sənətkar maddi çatışmazlıq səbəbindən xəstəxanaya yerləşdirilməyib. Bunu onun ailə üzvləri bildirib.