Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
23:04 | 25 fevral 2019 | Bazar ertəsi
Məqaləyə 1254 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Erməni milyarderin növbəti şousu və hiyləgər planı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 27-də İrana səfərə gedəcək. Bu Paşinyanın baş nazir kürsüsündə İrana ilk rəsmi səfəri olacaq. Paşinyan bu səfərə çoxdan hazırlaşırdı. Ermənistanın baş naziri qonşu İranla əməkdaşlığa xüsusi əhəmiyyət verir.
İranın Ermənistandakı səfirliyinin ticarət müşaviri bildirib ki, 1991-c ildən, yəni Ermənistanın müstəqilliyini qazandığı ildən bəri iki ölkə arasında ticarət mübadiləsində ən yüksək göstərici məhz ötən il qeydə alınıb. Söhbət 364 milyon dollarlıq ticarət mübadiəsindən gedir. Rəqəm böyük deyil, ancaq faktın özü maraqlıdır ki, bu iki ölkə arasındakı əməkdaşlıqda ən yüksək göstəricidir. İran Ermənistana daha çox satır, nəinki alır.
Nikol Paşinyan hansı məsələləri müzakirə etmək üçün Tehrana gedir?
Paşinyanın əsas məqsədi İranla indiki iqtisadi əməkdaşlığı genişləndirmək və birgə regional layihələri reallaşdırmaqdır. Sadəcə, İran bu gün elə vəziyyətdə deyil ki, Ermənistanla hansısa regional layihəni maliyyələşdirməyə maraqlı olsun. Buna baxmayaraq, Paşinyanın Tehranda nələr danışacağını və nələr eşidəcəyini diqqətlə izləməliyik. İran Rəşt-Astara dəmiryolunun tikintisi üçün Azərbaycandan 500 milyon dollar kredit gözləyərkən, Ermənistanla birgə layihəyə hansısa kredit ayırarsa, bu Tehranın Azərbaycana qarşı xoş olmayan mesajı olacaq.
Aydındır ki, Paşinyan Moskvaya etdiyi səfərlərdən fərqli olaraq Tehranda Qarabağ münaqişəsinin həllini müzakirə etməyəcək. Bu heç Tehrana lazım da deyil. Halbuki, Bakıya gələn iranlı rəsmilər və generallar bir ağızdan “Qarabağ Azərbaycanındır” deyirlərsə, bunu gərək erməni rəsmilərə də deyələr. İranın Qarabağ məsələsindən məsafə saxlaması İrəvanı illərdir razı salır və ermənilər Tehranın neytral siyasətindən razılıqlarını gizlətmirlər.
O da faktdır ki, İrana rəsmi səfər edən Ermənistanın hər bir prezidenti Qumda dini lider Əli Xamaneyi ilə də görüşmək istəyir. Bir neçəsinə belə görüş qismət olub. Dini liderlə görüş ermənilərə piar baxımından vacibdir. Azərbaycan torpaqlarını işğal edən dövlətin liderinin milliyyətcə azərbaycanlı dini liderlə görüşüb şəkil çəkdirməsi erməni siyasətçi üçün uğur sayılır.