Hörmüz müqabilində “Tomahawk”
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
15:41 | 4 mart 2019 | Bazar ertəsi
Məqaləyə 1906 dəfə baxılıb
Şriftin ölçüsü
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
İran XİN rəhbəri Əli Xameneyinin ölümündə günahlandırılır
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
İranın iddiası təkzib olundu
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
İnformasiya müharibəsi necə aparılır? Bu haqda çox danışmaq olar. Sadəcə, son nümunəyə müraciət edək. Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda ermənilərlə görüşündə separatçıların bayrağı altında “Qarabağ Ermənistanındır. Son” şüarının asılması bizim böyük narazılığımıza səbəb oldu. İranda yaşayan azərbaycanlıların cavabı gecikmədi. 100 minlik Təbriz stadionunda “Qarabağ Azərbaycanındır” şüarı səsləndi, elə həmin stadionda Ermənistanın bayrağı yandırıldı və bütün bu görüntülər yayıldı. Üstəgəl Ermənilərin Təbrizdəki Mərkəzində və Tehrandakı səfirliyinin divarında “Qarabağ Azərbaycanındır” yazıları yapışdırıldı.
Bu İrandakı azərbaycanlıların ermənilərin zaldakı təxribatına miqyasca daha böyük cavabı idi. Ancaq indi gəlin görək, bunların hansı biri erməni saytlarında yayınlandı? Hansısa erməni dedimi ki, İran rejimi nədən ermənilərə və Ermənistana qarşı səsləndirilən şüarlara səssiz qaldı? İran XİN-nin mətbuat katibi Bəhram Kəsəmi də Tehranda zaldakı hadisəni faktiki yerli ermənilərin təxribatı kimi qiymətləndirdi. Ancaq erməni saytları mətbuat katibinin çıxışının həmin hissəsini kəsərək onun sadəcə, “biz danışıqların sülh yolu ilə həllinə tərəfdarıq” cümləsini yayınladı.
Biz elə etməliydik ki, Təbrizdə Ermənistan bayrağının yandırılması, üstəgəl səfirlik divarında “Qarabağ Azərbaycanındır” yazılarının, o cümlədən İran XİN-nin mətbuat katibinin sözləri erməni cəmiyyətinin diqqətinə çatdırılardı və onlar bunu geniş şəkildə müzakirə edərdilər. Necə ki, biz Tehrandakı ermənilərin təxribatını geniş müzakirə edirik, ermənilər də İran azərbaycanlılarının onlara tutarlı cavabını müzakirəyə çıxarmalı idi. Çıxarmırsa deməli informasiya savaşında ermənilərdən öndə olduğumuzu iddia edə bilmərik. Bəziləri sual edə bilər ki, axı bu məlumatları erməni cəmiyyətinin müzakirəsinə necə çıxara bilərik ki, mediaları bu haqda heç nə yazmadı. Ancaq informasiya müharibəsinin elə özəlliyi bundadır ki, düşmənin istəmədiyi informasiyanı onun məkanına ötürməyi bacarırsan və onu bu informasiyanı müzakirəyə məcbur edirsən. Bunun üçün sosial şəbəkələri fəallaşdırırsan, həmin xəbəri xarici dillərdə yayırsan, üçüncü dövlətlərin mətbuatına yol tapmasını təmin edirsən. Məsələn, ermənilər də bizim kimi Rusiya mətbuatını diqqətlə oxuyurlar. Rusiyanın tanınmış qəzetlərinin birində İran azərbaycanlılarının Paşinyanın səfərinə etirazına dair bircə sanballı yazı yayınlansaydı həmin yazı erməni mətbuatına da yol tapacaqdı.