
135 metrlik gəmi bağa girdi ...
... Nə bağ bildi, nə də bağban
... Nə bağ bildi, nə də bağban
Romada artefakt oğurlayan alman turist yaxalanıb
“Dövlət içində dövlət” adlandırılan ən güclü cinayətkar qruplaşma “Ndrangheta”ya qarşı böyük əməliyyat
Keçmiş kansler İtaliyada təkbaşına pizza yeyərkən görüntülənib
Kral ailəsi dövləti məhkəməyə verdi
Almaniyanın işgüzar dairələri dini bayramların ləğv edilməsini istəyir
Dünyadakı bulkanlar bir-birinin ardınca püskürür
Liberland Respublikasının cəmi 63 nəfər vətəndaşı var
İsveçlilər maralı köçünü 478 saat canlı yayımla izləyiblər
Piza qülləsinin əkizl ondan daha mailidir
Dünyanın ən ləzzətli yeməyi bu üç şəhərdə
Avropa Birliyi Maltanın bazarını bağladı
“Qara dəniz hövzəsi ölkələri də nümunə götürə bilər”
“Yeddi təpəli şəhər yerlə-yeksan olacaq”
Neapolda trosun qopması faciəyə səbəb oldu
İslandiyada ən böyük ov şirkəti tələbatın azlığı səbəbindən ikinci ildir ova çıxmır
«Buraya Azərbaycan futbolunu qaldırmaq üçün gəlmişəm». Bu cür ifadələri ölkəmizə gələn əcnəbi məşqçilərdən çox eşitmişik. Görünür, onlar Azərbaycan futbolunun qış yuxusuna getdiyini zənn edirlər. Amma onların bu cür açıqlaması heç də inandırıcı və səmimi görünmür. Çünki indiyə qədər ölkəmizə gələn onlarla əcnəbi məşqçi bu sözünü heç də əməldə sübut edə bilməyib. Görünür, qəliz olan futbolumuzdan baş çıxarmaq heç də hər kişinin işi deyil. Bunun üçün futbolumuzun dərinliklərinə varmalı, problemləri araşdırıb, həlli üçün bir sıra variantlardan istifadə etməlidilər.
«Bakı»nın baş məşçisi Milinko Pantiç də «futbolunuzu qaldıracam» deyənlərdəndi. Amma «Bakı» - «Sumqayıt» matçından sonra mətbuat konfransında serbiyalı mütəxəssis «Azərbaycanın AÇ-2016-nın seçmə mərhələsindəki rəqibləri necə dəyərləndirirsiz» sualına sualla cavab verdi. Daha doğrusu o, tərcüməçisi Vüqar Əliyevdən Azərbaycanın hansı yığmalarla qarşılaşacağını soruşdu. Tərcüməsi Norveç, Xorvatiya, Malta, İtaliya və Bolqarıstan dedikdə, o «çox çətin qrupdu» deyərək cavab verdi.
Sən demə, Pantiç Azərbaycanın hansı komandalarla qarşılaşacağından belə xəbərsiz imiş. Bu üzdən mətbuat konfransında biz də «zolaqlılar»ın çalışdırıcısına belə bir sual verməli olduq:
- Hər zaman açıqlamalarınızda qeyd edirsiz ki, Azərbaycan futbolunu inkişaf etdirmək üçün gəlmişəm. Ancaq bu gün Azərbaycan yığmasının rəqiblərinin kim olmasından xəbərsizsiz. «Futbolunuzu qaldıracam» deyən mütəxəssisin bu ölkənin yığmasının rəqiblərindən xərbərsiz olması nə dərəcədə düzgündü?
- Sizə kim deyir ki, mən Azərbaycanın hansı komandalarla qarşılaşacağından xəbərsizəm?
- Hər halda xəbəriniz olsaydı, tərcüməçinizdən soruşmazdız...
- Mənim hər dediyimi ciddi qəbul etməyin.
Pantiçin dediyi kimi, onun hər sözünü ciddiyə almaq lazım deyilmiş. Biz də ona inanmışdıq ki, serb doğrudan da bizim futbolumuzu qaldırmağa gəlib. Amma Pantiç özü sübut etdi ki, yalan açıqlamaları ilə başımızı aldadırmış. Görünür, o da ölkəmizə digər həmkarları kimi sadəcə, çörəkpulu qazanmağa təşrif buyurub.
Amma Pantiç ən azı ötən gün qalib gələ bilmədiyi «Sumqayıt»ın gənc məşqçisi Aqil Məmmədovdan çox şey öyrənə bilər. Məsələn, azərbaycanlı məşqçi ona yerli və gənc futbolçularla, kiçik büdcə ilə də necə əzmkar komanda yaratmaq mümkün olduğunu göstərdi. Görəsən, Pantiç də «kasıb» «Sumqayıt»ın bu təcrübəsiz uşaqlarını çalışdırmağa, bu komanda ilə də «Azərbaycan futbolunu qaldırmağa» razı olardı? Çətin. Axı yuxarıda da qeyd etdiyimiz kimi, serbi «Bakı»ya gətirən, belə gəlişigözəl sözləri tez-tez deməyə məcbur edən Hafiz Məmmədovun ona verdiyi layiq olmadığı pullardı.