Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
23:37 | 23 oktyabr 2019 | Çərşənbə
Məqaləyə 4250 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşü başa çatdı. Bu, Türkiyənin regional maraqlarının qorunması baxımından vacib görüş idi.
Türkiyə Suriya sərhədinin 32 kilometr dərinliyini nəzarət altına almaq və bu bölgəni terrorçulardan təmizləmək üçün əvvəlcə Vaşinqtonla razılaşdı. Çünki, həmin bölgələrə PKK uzantıları amerikalı hərbçilərlə birgə nəzarət edirdilər. Türkiyə ordusu əməliyyata başladı. Ancaq amerikalı hərbçilər həmin bölgələri tərk etdikdən sonra PKK uzantıları YPG və PYD dərhal ağalarını dəyişdilər və qapılarını Rusiya hərbçilərinə və Əsəd qüvvələrinə açdılar. Başqa sözlə Amerika prezidenti Donald Tramp Suriyanın şimalını və PKK uzantılarını rusiyalı həmkarı Vladimir Putinə ifadə etdi. Ona görə də bundan sonra Ankara artıq Moskva ilə danışmaq məcburiyyətində qaldı.
Ərdoğanın Putinlə bugünkü görüşündə əldə olunan nəticələri Türkiyə üçün müsbət qiymətləndirmək olar. Əlbəttə, Türkiyə istəklərinin tamamını əldə etmədi, ancaq Suriyadakı maraqlarını qorumağı bacardı.
Birincisi, Ərdoğan “Barış Pınarı” əməliyyatının hədəflərini Putinə detallı şəkildə izah edib. Ərdoğan bir daha Putin bildirib ki, Türkiyənin Suriyanı parçalamaq kimi planı yoxdur, tam əksinə qonşusunun ərazi bütövlüyünü dəstəkləyir. Ərdoğanla Putin arasındakı razılaşmaya görə, PKK uzantıları 150 saat ərzində Türkiyənin sərhədindən 30 kilometr uzaqlaşdırılacaq. Bunu Rusiya təmin edəcək. Türkiyə ilə Rusiya birgə patrul xidməti həyata keçirəcəklər. Hər iki tərəf Suriyada DAİŞ terrorçularını təqib edəcək. Soçidəki bugünkü anlaşma həm də onu göstərdi ki, Əsəd öz ölkəsində Rusiya prezidentinin istəkləri daxilində fəaliyyət göstərmək məcburiyyətindədir.
İkincisi, Putin Türkiyənin Suriyadakı nəzarət etdiyi bölgələrdə infrastruktur çalışmalarının əleyhinə deyil. Yəni Türkiyə suriyalı qaçqınları bu bölgələrə köçürə biləcək. Bu o deməkdir ki, Türkiyənin dəstəklədiyi Suriya Azadlıq Ordusu bu bölgədə varlığını sürdürə biləcək.
Üçüncüsü, Suriyanın Konstitusiyasını müəyyənləşdirəcək Komitə 29 oktyabrda toplanacaq. Bu komitənin tərkibi daha əvvəl Rusiya və Türkiyə arasında razılaşdırılmışdı. Komitənin tərkibində Əsəd rejiminin nümayəndələri ilə yanaşı müxalifət təmsilçiləri də yer alıblar.
Beləliklə, Suriyada Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq davam edir. Kreml Türkiyənin Suriyadakı təhlükəsizlik maraqlarını nəzərə almış oldu. Mümkündür ki, Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb. Böyük ehtimalla Ərdoğan bu təklifi rədd etməsə də, Dəməşqlə dialoqa başlamaq üçün zamana ehtiyacı olduğunu bildirib.