Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:31 | 23 mart 2022 | Çərşənbə
Məqaləyə 793 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya vətəndaşlarının bir qismi sürətlə ölkələrini tərk etməkdədirlər. Bu o vətəndaşlardır ki, Rusiyanın Ukraynada işğalçı müharibəsini qəbul etmir və beynəlxalq aləmdən təcrid olmaq istəmirlər. Əsasən gənclər olan və liberal fikirlərə malik Rusiya vətəndaşları başlarını götürüb ölkədən qaçırlar. Bunların içində çağırış yaşında olanlar da var ki, işğalçı müharibədə ölmək istəmirlər. Gənclərin bir qismi Rusiyanı müvəqqəti tərk edir, müharibə bitən və sanksiyalar ortadan qaldırılan kimi ölkələrinə qayıdacaqlarını düşünürlər. Bir qisim isə Rusiyanı birdəfəlik tərk edib. Belələri topladıqları maliyyə vasitələri ilə köçdükləri ölkələrdə yeni həyat və yeni biznes qurmağa çalışacaqlar.
Rusiyanı tərk edənlər içərisində tanımış artistlər və müğənnilər də var. Ancaq Rusiyanı tərk edənlər içərisində ranqına görə ən tanınmışı Anatoli Çubaysdır. O Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi idi. Putin vaxtilə Çubaysın təcrübəsindən istifadə edərək onu Rusiyada nano texnologiyaların inkişafı üzrə rəhbər təyin etmişdi. Çubays SSRİ dağıldıqdan sonra Rusiyada müxtəlif rəhbər vəzifələrdə çalışıb, keçmiş prezident Boris Yeltsinin dövründə kütləvi özəlləşdirməyə rəhbərlik edib. Çubays təcrübəli idarəçi olmaqla yanaşı liberal baxışlara malikdir. O qatı anti-kommunist və sağ ideologiyanın təmsilçisidir. Bu baxımdan Çubaysın Putinin qərarıyla razılaşmayacağı gözlənilən idi. Çubaysdan bir neçə gün əvvəl Rusiya baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç “Skolkovo Fondu”nun sədri vəzifəsini tərk edib. Dvorkoviç eyni ilə Çubays kimi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyatın” əleyhinə idi.
Rusiya Prezident Administrasiyasının rəhbər müavini Sergey Kiriyenkodan da oxşar addım gözləyirəm. Kiriyenko Çibays kimi liberal baxışlara malikdir. O vaxtilə Çubaysla birgə sağ təmayüllü partiyanın qurucuları sırasında yer almışdı. Kiriyenkonun müharibəyə qədər aparılan daxili islahatlarda rolu böyük idi. Məhz onun təlimatıyla Putin son illərdə yerlərə gənc kadrları təyin edir, bürokratik aparatı təkmilləşdirirdi. Xarici və təhlükəsizlik siyasəti Kiriyenkonun məsuliyyət dairəsinə aid deyil. Ancaq Kiriyenkonun Ukraynada aparılan işğalçı müharibəyə dəstək vermədiyi və baxışları ilə üst-üstə düşmədiyi fikrindəyəm. O Putinin bugünkü cinayətlərinə şərik olmaq istəmədiyinə görə istefa barədə düşünə bilər. Bu bir fərziyyədir. Sadəcə Rusiyada ağlı başında olan insanların az olmadığına inanmaq istəyirəm. Bu müharibə Ukraynanı dağıtmaqla yanaşı Rusiyanın gələcəyinə də böyük zərbə vurur.