Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:40 | 25 mart 2022 | Cümə
Məqaləyə 749 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
NATO-nun Brüsseldə keçirilən fövqəladə zirvə toplantısında alyansın gücləndirilməsinə qərar verildi. Təşkilata üzv dövlətlər anlayırlar ki, Ukrayna məğlub olsa, Rusiya NATO üzvlərini hədəf götürəcək.
NATO birbaşa Ukrayna müharibəsində iştirak etməsə də, Kiyevə silah çatdırmaqda davam edəcək. Halbuki, Ukrayna prezidenti Vladimir Zelenski zirvə toplantısına müraciətində Şimali Atlantika Blokundan kifayət qədər dəstək almadığını vurğulayıb. “Təyyarələrinizin və tanklarınızın cəmi 1 faizini Ukraynaya versəydiniz və ya satsaydınız, bu qədər dağıntı ilə üzləşməz və işğalçıya daha çox zərər verərdik” deyən Zelenski haqlıdır. Rusiya quruda irəliyə bilməsə də, Ukraynada hava üstünlüyünə malikdir və şəhərlər bu səbəbdən bombalanır və mülki insanlar arasında itkilər artır.
Buna baxmayaraq, NATO Rusiyanın Ukraynada qələbə qazanmaması üçün Ukraynaya dəstəyini artırmaq məcburiyyətindədir. Rusiya rəsmiləri ard-ardına NATO ölkələrini nüvə hücumu ilə hədələyir. “Soyuq müharibə” illərində belə Kreml Qərbi nüvə hücumu ilə hədələmirdi. Rusiya prezidenti Vladimir Putin Ukraynada məğlubiyyət qarşısında növbəti təhlükəli addımını ata bilər. Təsadüfi deyil ki, Pentaqonda artıq nüvə müharibəsi ssenarilərini analiz edirlər.
NATO-nun baş katibi Yens Stoltenberq zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında Rusiyaya dəstək verən Çini bu sözlərlə xəbərdar edib: “Biz bu gün Çinə Rusiyaya yardımını dayandırmaq barədə çağırış etdik. Pekin iqtisadi və digər sahələrdə Moskvaya dəstəyini dayandırmalıdır. Çin Rusiyaya təzyiq göstərməli və dərhal konstruktiv mövqe ortaya qoymalıdır”.
Görünür, NATO-nun Çinə hələ ümidi var. Aydındır ki, Pekin bu çağırışla Kremllə tərəfdaşlıqdan imtina etməyəcək. Ancaq Çinlə bağlı artan xəbərdarlıqlar Pekini ciddi düşündürməlidir. Kreml riskli oyuna baş vurub və dünyanı bataqlığa sürükləmək istəyir. Bu sırada Kremllə bir sırada ən çox iki dövlətin adı çəkilir – Belarus və Çin.