Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
14:52 | 20 aprel 2022 | Çərşənbə
Məqaləyə 879 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Bu gün Ermənistan mətbuatında iki xəbər önə çıxıb: 1. Paşinyanın Moskva səfəri 2. Laçın şəhərindən yan keçməklə yeni yolun tikintisi.
Paşinyanın Moskva səfəri haqqında: Görünən odur ki, Kreml Azərbaycan-Ermənistan münasibətlərinin tək və əsas moderatoru olmaqda israrlıdır, Brüsselin, Avropa Birliyinin bu məsələdə aktivliyindən qıcıq olur. Amma, Moskvanın indiki beynəlxalq mövqeyini, izolyasiyasını nəzərə alaraq onu demək olar ki, Kreml təkbaşına bu işi bacarmayacağını da anlayır. Bu məsələdə Türkiyə faktoru çox önəmlidir: Azərbaycan və Türkiyə xarici siyasətdə, beynəlxalq və regional məsələlərdə, futbol dili ilə desək, “paslaşaraq” qərarlar alırlar, bunun nəticəsində bəzən rəsmi Ankara, bəzən isə rəsmi Bakı “qol” vurur. Yəni, sıx koordinasiya və maraqların tam uyğunlaşdırılması prosesini izləyirik və bu çox doğru addımlardır. Bu gün Türkiyə Kreml üçün vazkeçilməz “nəfəslikdir”, bunu Moskva dəqiq görür və anlayır – Türkiyə sanksiyalara qoşulmamaqla, hava məkanını açıq saxlamaqla, Rusiyanın ehtiyacı olan, amma birbaşa sanksiyalara tuş gəlməyən sahələr üzrə təhcizatçı olmaqla Moskva üçün önəmi dəfələrlə artıb, önəm artdıqca Rusiyanın Türkiyədən asılılığı da artır. Yəni, Kreml bu gün bölgə ilə bağlı istədiyi ssenariləri həyata keçirməkdən çəkinməsinin əsas səbəbi AB deyil də, məhz Türkiyədir.
Alternativ Laçın yolu haqqında: Ermənistanda isterika yaşanır – May-iyun aylarında alternativ yolun açılışı gözlənilir. Bu çox vacib addımdır, həm 10 noyabr anlaşmasında yer alıb deyə Rusiya və Ermənistan gedişata mane ola bilmir, həm də Azərbaycan çox sürətlə işləri aparır deyə Ermənistan reaksiya verməyə belə gec qalırlar. Alternativ yolun özəlliyi bir tək Laçın şəhərinin tam bizim nəzarətə keçməsi deyil, həm Ermənistanın “laçın koridoru” (yeri gəlmişkən, “koridor” ifadəsini tərgidək, onun əvəzinə ancaq “yol” ifadəsi işlədək) adlandırdığı köhnə yoldan Xankəndinə müxtəlif kommunikasiya xətləri gedir – işıq, qaz, internet və s. Yeni yolda isə bu kommunikasiya xətləri olmayacaq, Xankəndi şəhərimizin bütün təminatını özümüz həyat keçirəcəyik. İndi yeni yol üçün Həkəri çayı üzərindən yeni körpü tikilir (fotoda həmin yerdir, Ermənistan saytları yayıb), yaxınlıqda yerləşən kəndlərdən birinin sakini Sərkisyan təəccüblə deyib ki, elə bil Bakının yarısı burada işləyir, çox sürətlə çalışırlar, yəqin 1 aya işləri tamamlayacaqlar.