Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
08:51 | 22 aprel 2022 | Cümə
Məqaləyə 1258 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Ermənistanı Qarabağla birləşdirəcək yeni yol bu ilin iyulunda təhvil veriləcək. Eyni zamanda, Rusiya sülhməramlıları Laçın şəhərini və Zabux kəndini Azərbaycana təhvil verəcəklər, özləri isə yeni yolu mühafizə altına alacaqlar.
Yeni yol Ermənistan ərazisindəki Tex kəndindən başlayır və Zabux kəndindən və Laçın şəhərindən yan keçir. Yolun ümumi uzunluğu 32 km-dir. Hərəkət hissəsinin eni yeddi metr, yol yatağının eni isə 12 metrdir, bu barədə ölkənin Dövlət Avtomobil Yolları Agentliyi bildirib.
Yolun 22-ci kilometrində Həkəri çayı üzərindən 140 metrə yaxın uzunluğu olan körpü tikilir.
Ermənistan KİV-lərinin məlumatına görə, yeni yol təhvil verildikdən sonra Laçın rayonunun altı kəndi, o cümlədən şəhər özü Azərbaycanın nəzarəti altına qaytarılacaq. Ermənistan ərazisində yeni yol Tex kəndindən başlayacaq və hazırki yolun aşağısından keçəcək.
Ermənistan KİV-ləri həmçinin iddia edirlər ki, Azərbaycan ərazisinə girişdə nəzarət-buraxılış məntəqəsi və Gömrük Məntəqəsi tikilir.
Xatırladaq ki, bir müddət əvvəl rəsmi Bakı Ermənistandan Qarabağa gedən yolun statusunun Ermənistanın Sünik vilayətindən keçərək Naxçıvana gedən yolun (Zəngəzur dəhlizi) statusu ilə eyni olacağını bildirib. Ermənistan tərəfi bu dəhlizdən insanların və nəqliyyatın sərbəst hərəkətinə icazə verməkdən imtina edib, orada Ermənistan qanunlarının, o cümlədən sərhəd xidmətinin və gömrüyünün işləyəcəyini bəyan edib.
Buna cavab olaraq Bakı Ermənistandan Qarabağa gedən yolda da eyni rejimin yaradılacağını bildirib.