Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:50 | 9 may 2022 | Bazar ertəsi
Məqaləyə 941 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın “Kommersant” qəzetinin araşdırmasına görə, prezident Vladimir Putin il ərzində xarici həmkarlarıyla canlı ünsiyyətdən çox telefon danışıqlarına üstünlük verib. Bu təbiidir. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin fonunda Putinlə görüşmək məqsədilə Kremlı getmək istəyən liderlərin sayı çox deyil. Eləcə də Putini ölkəsinə dəvət etmək istəyənlərin sayı xeyli azalıb.
Vladimir Putin ikinci prezidentliyi müddətində amerikalı həmkarlarıyla telefon əlaqəsini 4 dəfə azaldıb. Bunun də səbəbi Putinin aqressiv xarici və təhlükəsizlik siyasətidir. Putin Amerikanın əvəzinə Yaxın Şərq ölkələrinin liderləri ilə telefon danışıqlarının sayını artırıb. Buna baxmayaraq, Vladimir Putinlə telefonla danışan həmkarlarından Fransa prezidenti Emmanuel Makron liderliyi ələ keçirib. Putin fevral və mart aylarında Makronla 13 dəfə telefonla danışıb, ikinci sırada Rəcəb Tayyib Ərdoğan qərarlaşıb. Əslində Makronun liderliyi də Ukraynadakı müharibə ilə əlaqəlidir, əks halda Fransa prezidenti Kreml sahibi ilə iki ay ərzində niyə 13 dəfə danışsın ki? Elə Ərdoğanın da Putinlə telefon danışıqlarının əsas hissəsini Ukraynadakı müharibənin dayandırılmasına və Ankaranın vasitəçiliyinə həsr olunub.
Vladimir Putin Cənubi Qafqazı da unutmayıb. Kreml sahibi Ermənistanın baş naziri Nikol Paşinyanla 17, Azərbaycan prezidenti İlham Əliyevlə 9 dəfə telefonla danışıb. Müqayisə üçün deyək ki, Putin yaxın dostu Aleksandr Lukaşenko ilə Paşinyandan daha az – 15 dəfə telefonla danışıb. Bu Ermənistanın düşdüyü ağır vəziyyətlə bağlıdır. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra İrəvanın Moskvadan asılılığı artıb. Hərbi texnikasının əsas hissəsini itirən Ermənistan yenə Rusiyadan silah və hərbi texnika dilənir. Kreml bunun əvəzinə Paşinyanı daha çox ayağına bağlamaq istəyir, bu alınmadıqda isə Ermənistandakı “Qarabağ klanını” və Qarabağdakı separatçıları Paşinyan əleyhinə istifadə edir.
Vladimir Putin ötən il cəmi 3 xarici səfər reallaşdırıb. O Cenevrədə ABŞ prezidenti Co Baydenlə danışıqlar aparıb, Hindistana və Çinə səfər edib. Putin fevral ayında Çində qış olimpiadasının açılışında iştirak edib. Kreml sahibinin Hindistana səfərinin isə iki məqsədi olub. Putinin bu səfərdən birinci məqsədi Pekinlə Dehli arasında balansı qorumaq, ikinci məqsədi Hindistanın baş naziri Narendra Modini inandırmaq idi ki, o ABŞ-ın koalisiyalarında yer almasın. Hindistan bu səfərdən sonra Rusiyadan S-400 raketlərini alsa da, Çinin artan hərbi gücü qarşılığında ABŞ, Yaponiya və Avstraliya birgə dördlü koalisiyada yer alıb.
Putin Ukraynaya qarşı müharibəyə başladıqdan sonra xarici ölkəyə səfər etməyib. O telefona, videkonfranslara və uzun masaya üstünlük verib. Halbuki, Vladimir Putin prezidentliyinin birinci dörd ilində indi işğala məruz qoyduğu Ukraynaya – 11, Almaniyaya – 5, Fransaya – 4, Türkiyəyə - 4 səfər etmişdi. İndi bunların heç biri yoxdur. Çünki Kreml sahibi beynəlxalq aləmlə münasibətləri inkişaf etdirməyi və əməkdaşlığı qonşu dövlətin ərazilərini işğal etməyə qurban verdi.