
Braziliya üzərindən Qərbə sızmaq
KQB növbəti nəsil agentlər üçün sənədlər şəbəkəsi hazırlayıb
KQB növbəti nəsil agentlər üçün sənədlər şəbəkəsi hazırlayıb
Tarix təkrar olunur, hər şey plan üzrə gedir
... Yaxud Putin SSRİ xülyasından ayrılmayıb
Soyqırımı, repressiya, işğal, talan, torpaq ilhaqı və daha nələr ...
Tarixin düzgün tədris və təbliğ edilməməsinin acı nəticəsi...
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud yalan üzərində qurulanları çökdürən yalan
... Yaxud Qələbəyə 72 saat qalmış əbədiləşən ATA ƏSGƏR
Kosmik gəmi 53 ildən sonra Yerə enəcək
Böyük qələbənin 80 illiyini qeyd etməyə hazırlaşan millətin qara ləkəsi
Bir tonluq alov topu saatda 27360 km sürətlə yerə çırpılacaq
Bu acı tarixi heç vaxt unutmamalıyıq
Katın qətliamlarının 85-ci ildönümüdür
Kiminsə kölgəsinə sığınmaq birtərəfli asılılıq yaradır, milli kimlik itir
Polisi Heminquey oxuyan yeganə ölkə
“Ziyalı-ziyalılar” sözü sovetlərin “intelligent-intellingensiya” sözlərinin dilimizdə ekvivalentidir. Sovetlər təzə qurulanda bu sözlər hətta təhqir kimi işlədilirdi, burjuaziyanın qalığı kimi təqdim edilirdi. Sonra bolşeviklər başa düşdülər ki, bu anlayışı aşağılamaqdansa öz təbliğat maşınının elementinə çevirmək daha məntiqli olar. Ona görə də 1920-ci illərin orlarandan şairləri, yazıçıları, alimləri “intelligent” kimi, onları xüsusi bir alt sinif – “intelligensiya” kimi təqdim etməyə başladılar. Onlar da öz əsərləri, publik çıxışları ilə sovetləri təbliğ etməyə başladılar, əvəzində isə fəxri adlar, evlər, maşınlar, kurortlarda pulsuz dincəlmək hüququ, Lenin-Stalin adına təqaüdlər qazandılar.
Sovet Azərbaycanında da eyni yanaşma idi – ümumi bolşevik xəttə azacıq təhlükə yaradan “müşviqləri”, “cavidləri” məhv etdilər, amma “vurğunları”, “rzaları” göylərə qaldırıb əsl “ziyalı” donu biçdilər.
SSRİ-nin dağılması zamanı xalqın gözləntisi yenə ziyalılara yönəldi, bəzi şairlər, yazıçılar, alımlər ölkəmizin müstəqilliyi üçün aparılan mübarizədə özünəməxsus rol aldılar, kömək oldular – onlara bu məsələdə təşəkkür düşür.
Amma müstəqillik əldə etdiyimizdən bəri “sovet ziyalısı” tipi və yanaşması dəyişmədi – yenə sistemə qulluq edənlər fəxri adlar, evlər, bağlar, maşınlar, xarici səfərlər əldə etməyə başladılar. Yəni, “ziyalı” sistemə inteqrasiya olunmuş şəxslərə çevrildilər, amma Aydın ola bilmədilər - sovetlərdən qalmış fəxri adlar ləğv edilmədi, Ziyalılar məhz Aydınlara çevrilmədilər!
Mənim üçün ziyalı və aydın tam fərqli məsələlərdir, tam fərqli anlayışlardır – ümumiyyətlə ziyalı sözünə qarşıyam, Aydın sözü daha doğru, daha məntiqlidir.
Aydınlar cəmiyyətə, xalqa, dövlətə lazım olandan, bacardıqlarından da çox şey verənlər, amma layiq olduqlarından az şey əldə edənlər – fikir adamlarıdır.
Məmləkətdə bu gün məhz Aydınların defisiti yaranıb, “ziyalı” çoxdur, amma ölkənin, cəmiyyətin gələcəyinə işıq tutan, aydınlatan insanların qıtlığı var. Siyasətçilərin əksəriyyəti populist, şair-yazıçıların əksəriyyəti sistemdaxili, incəsənət adamlarının əksəriyyəti isə bayağı və düşükdürlər. Vətəndaşı düşünərək formalaşdıran əsərlər, kinofilmlər, tamaşalar, mahnılar, operalar, baletlər yox dərəcəsindədir – bütün bunların qıtlığı isə düşüncəni, siyasi-ictimai müzakirəni bayağı edir, səviyyəsini aşağı salır.
Gənc yazıçılar sovetdənqalma yazarları haqlı tənqid edirlər, amma özləri ictimai fikri, sözün yaxşı mənasında alt-üst edən, beyinlərdə fırtına yaradan əsərlər yaza bilmirlər. Gənc rejisorlar sovet filmlərini bəyənmirlər, amma baxandan sonra günlərlə beynini deşən, səni düşünməyə vadar edən əsərlər yarada bilmirlər. Sanki yeni nəslin davası köhnə “ziyalıları” silmək, onların yerini tutacaq sistemin yaratdığı üstünlüklərdən bəhrənlənmək mübarizəsi kimi görünür – amma onların mücadiləsi Aydın olmaq, xalqımızı aydınlatmaq olmalıdır. Bəlkə də səhv edirəm, amma hiss etdiklərimi sizlərlə bölüşmək istədim, təbii ki, düşünmək, beyinlərdə kritik düşüncə vərdişini yaratmaq üçün – bu vərdiş istənilən toplumun nicatıdır...