Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
13:29 | 2 iyun 2022 | Cümə axşamı
Məqaləyə 1401 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Rusiya diplomatik mühasirədən çıxış yolları axtarır. Rusiyanın Avropada tərəfdaşı qalmayıb. Doğrudur, Serbiya və Macarıstan kimi Avropa dövlətləri Rusiyaya qarşı sanksiyaların əleyhinədirlər. Hər ikisinin Rusiyanın neft və qazına ehtiyacı var. Ancaq Belqrad və Budapeşt belə Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə haqq qazandıra bilmirlər. Serbiya Avropa İttifaqına üzv olmaq istəyir və buna görə gələcəkdə Brüsselin təlimatlarından kənara çıxara bilməyəcək.
Avropadan əli üzülən Kremlin yeganə ümidi Çinədir. Moskvada “Rusiya və Çin: yeni dövrdə əməkdaşlıq” adlı konfrans təşkil edilib. Sayca 7-ci olan bu konfransda iki ölkənin elm adamları və diplomatları bir araya gəliblər. 2015-ci ildən bu yana keçirilən konfrans iki ölkə arasındakı əlaqələrin strateji və praktik tərəflərini müzakirəyə çıxarır. İlk konfransın 2015-ci ildə keçirilməsi təsadüfi deyil. Bundan bir il əvvəl Rusiya Krımı ilhaq etmiş və Donbasda separatçı bölgə yaratmışdı. Nəticədə Kremlin Qərblə münasibətləri gərginləşdi və Moskva üzünü Avropadan Çinə çevirdi.
Konfransda çıxış edənlər Qərbin Rusiya və Çinə qarşı təzyiq siyasəti yürütdüyü bildiriblər. Bunda qeyri-adi heç nə yoxdur. Rusiyanın işğalçı siyasəti və Çinin artan hərbi gücü və qonşularına qarşı əzələ nümayişi Qərbin bu iki dövlətə qarşı siyasətini sərtləşdirməyi diktə edib. “Rusiya və Çin: yeni dövrdə əməkdaşlıq” konfransında çıxış edən Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov mövcud durumu belə xarakterizə edib: “NATO Avropa ilə yanaşı Asiyaya da daxil olub, Rusiya və Çin sərhədlərinin bütün perimetri boyunca problemli nöqtələr yaradıb, bu isə silahlanma yarışının artmasına gətirib çıxarıb”.
Əslində rusiyalı diplomatın dedikləri bütövlüklə Rusiya və Çinə aiddir. Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı işğalçı müharibəsi, 2014-cü ildə Krımı ilhaq etməsi, Donbasda separatçı bölgə yaratması və bu ilin fevralında Ukraynaya qarşı başlatdığı işğalçı müharibə Qərb ölkələrini daha çox silahlanmağa vadar edib. Ukrayna müharibəsinə görə Finlandiya və İsveç kimi neytral dövlətlər NATO-ya üzv olmağı qarşılarına məqsəd qoyublar. Bu arada, Çinin hərbi qüdrətini artırması və Tayvan adasına artan iddiası ABŞ-la yanaşı bölgə ölkələrindən Avstraliya, Hindistan və Yaponiyanı da yeni və modern silahlar almağa vadar edib. Rusiya və Çin siyasətlərini dəyişdirməyincə silahlanma yarışı tam gücüylə davam edəcək.