
Mehtər əcdadın şah oğlu?
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
İran Azərbaycanında son 10 il ərzində ən böyük ətraf mühit probleminə çevrilən Urmiya gölünün quruması sürətlə davam edir. Rəsmi İRİB xəbər agentliyinin Enerji Nazirliyinin statistikalarına istinadən yayımladığı xəbərə görə, Urmiya gölünün həcmi son bir il ərzində 36 faiz azalıb.
İyunun 8-də Urmiya gölünün su səviyyəsinin 1270.74 sm olduğu bildirilib ki, bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 55 sm azdır. Gölün su sahəsi də ötən ilin eyni dövrü ilə müqayisədə 1304 kvadrat kilometr azalıb, 2273 kvadrat kilometrə çatıb.
İranın ən böyük gölünün həcmi bir il ərzində 1,8 milyard kubmetr azalaraq 3,02 milyard kubmetrə çatıb.
Aprel ayında açıqlanan rəqəmlər diqqətə alındığında gölün isti mövsümlərin yaxınlaşması ilə daha sürətli quruduğunu müşahidə etmək mümkündür. Lakin buna baxmayaraq, gölü bərpa etmək üçün Zab çayından tunel vasitəsilə Urmiya gölünə su çəkmə layihəsinin açılışı təxirə salınıb.
Mehr xəbər agentliyinin yayımladığı məlumata görə, Zab tuneli layihəsinin açılışı 8 ay sonra, yəni gələn ilin fevral ayına qədər təxirə salınıb. Zab tuneli layihəsinin açılışa hazır olduğu dəfələrlə ölkə xəbər agentliklərində yer alsa da, hələ ki, layihə istismara verilməyib.
Ekspertlər Urmiya gölünün qurumasının səbəbi olaraq insan amili olan çox sayda bəndlərin çəkilməsi, əkinçilik üçün istifadə olunan quyuların açılması, gölün ortasında qeyri-standart körpünün tikilişi və gölün su axımının əngəllənməsini müəyyən edib.
Etibarlı elmi jurnallarda məsələ ilə bağlı dərc olunan məqalələrdə gölün qurumasında insanların səbəb olduğu amillərdən sonra quraqlıq və iqlim dəyişikliyinin ikinci ən təsirli amillər olduğu bildirilir.