Berlin üçün gözlənilməz nəticə
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
12:50 | 12 mart 2014 | Çərşənbə
Məqaləyə 1776 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Növbəti 5 ildə temperatur rekordları qırıla bilər
Proqramda urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzuları müzakirə olunur
BMT-nin Bakıda keçirilən forumu beynəlxalq medianın diqqət mərkəzində
Xarici film və musiqiyə görə ən ağır cəzalar, hüquq müdafiəçilərindən ağır hesabat
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Rusiyada məhkum qadınların sayı niyə artır?
... basdırdığı yerdə güllər əkib
Ana olacağı ərəfədə hərəkətə keçdi
FAO 55 ölkədə 43 milyon insana yardım göstərib
ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
Hamiləlikdə keçirilən qrip körpənin ürəyinə təsir edir
Yeni ünvan seçimləri arasında İstanbul da var
6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
Qadınlar siyasətdə lazımi səviyyədə təmsil olunmayıblar. 2013-cü ilin sonunda qlobal miqyasda qadınların parlamentlərdə təmsilçiliyi 21,8 faiz təşkil edib.
APA-nın BMT məlumat mərkəzinə istinadən verdiyi xəbərə görə, bu barədə «Qadınlar siyasətdə 2014» parlamentlərarası ittifaqın yeni araşdırmasında deyilir.
Araşdırmada dünyada qadınların hökumət və parlamentlərdə təmsilçiliyi ilə bağlı vəziyyət öz əksini tapıb.
Araşdırma müəllifləri qeyd edir ki, deputatlar arasında gender bərabərliyi ilə bağlı ən yaxşı vəziyyət Cənubi və Şimali Amerika ölkələrindədir. Bu ölkələrdə xanım deputatların sayı 25 faizdən çoxdur.
Müvafiq reytinqdə Azərbaycan 92-ci yerdə qərarlaşıb. Ölkəmizin qanunvericilik orqanında təmsil olunan deputatların 15,6 faizi zərif cinsin nümayəndələridir.
Qonşu Gürcüstan 109, Ermənistan 115, Rusiya 99, Ukrayna isə 120-ci yerdə qərarlaşıb.
Palau, Qətər və Vanuatu kimi ölkələrin parlamentlərində isə qadınlar təmsil olunmayıb.
Araşdırmanın nəticələrinə əsasən, Azərbaycan hökumətində 36 postdan yalnız biri xanıma həvalə olunub. Beləliklə, Azərbaycan hökumətində qadınların təmsilçiliyi 2,8 faiz təşkil edir.
Gürcüstan hökumətində müvafiq göstərici 21,2 faiz, Ermənistanda isə 11,1 faiz təşkil edir.
Dünyada 8 ölkənin hökumətlərində qadınlar ümumiyyətlə təmsil olunmayıb. Söhbət Livan, Səudiyyə Ərəbistanı, Pakistan, Bruney, San-Marino, Bosniya və Herseqovina, Solomon adaları və Vanuatudur.