Biz Yaxın Şərqə nə ilə qayıtdıq?
Region həyatımızda getdikcə daha çox yer tutur...
10:28 | 12 mart 2014 | Çərşənbə
Məqaləyə 1972 dəfə baxılıb
Şriftin ölçüsü
Region həyatımızda getdikcə daha çox yer tutur...
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Ya Trampın təklifini qəbul edib silahı yerə qoymaq, ya da ...
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
İsrail “HƏMAS” rəhbərlərinə sui-qəsd etdiyini açıqladı
“Ya silahlarınızı təhvil verin, ya da Qəzza məhv ediləcək və siz aradan qaldırılacaqsınız”
Girov razılaşmasını qəbul etməsi üçün ...
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İrandan 12 günlük müharibədən sonra ilk hərbi təlim
Türk limanlarında İsrail gəmilərinə qadağa iddiası
«İsraildə belə bir deyim var: üç yəhudi olan yerdə dörd fikir mövcuddur. Amma Azərbaycanla bağlı məsələdə İsraildə tam konsensus mövcuddur».
Bakıda «Sülh və Təhlükəsizlik üçün Beynəlxalq Koalisiya»nın təsisində iştirak etdim. Bu təşəbbüs mənə kifayət qədər maraqlı və faydalı göründü. Biz koalisiya çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin hər yerə yayılması məsələsini müzakirə etdik.
Koalisiya üzvləri arasında yeganə jurnalist mənəm. Təmsil etdiyim radionun rus, ivrit dilli redaksiyaları var. Neçə illərdir, media sahəsində işləyirəm. Koalisiyada təmsil olunan siyasətçilərdən fərqli olaraq, mən münaqişələr haqqında daha çox danışıram, hətta deyərdim daha təcrübəliyəm. Çünki əvvəllər Ukraynada yaşamışam, burada müzakirə olunan hadisələri yaxından izləmək imkanım olub.
Soyqırım məsələsi İsrail üçün də ağrılı məsələdir. Ona görə azərbaycanlıları anlayırıq. Mən bir jurnalist kimi daim belə konfliktlərə dair məsələlərdən danışmışam.
Məncə, xalqlar öz tarixlərini, xüsusilə də belə soyqırımları yaddan çıxarmamalıdır. İnsanlar öz faciələrini unudarlarsa, sonra həmin faciələr təkrarlanır. Baş verənləri xatırlamaq, uşaqlarımıza danışmaq lazımdır.
Dağlıq Qarabağ münaqişəsi də uzun illərdir davam edir. Nəhayət, bu məsələyə nöqtə qoymaq lazımdır. Buna yalnız müəyyən beynəlxalq proses vasitəsilə son vermək olar. Məsələn, beynəlxalq tribunal keçirilə bilər. Bu tribunal baş verənlərə mənəvi yox, yalnız siyasi və hüquqi qiymətini verəcək, bu məsələdə nöqtə qoya biləcək.
Bunlarla yanaşı, çoxsaylı ölkələrin qatıldığı müxtəlif birliklər, koalisiyaların qurulması lazımdır. Əsas odur ki, bir daha Xocalı soyqırımı, Ruanda genosidi, Kosovodakılar təkrarlanmasın. İtirilən insanları qaytarmaq olmaz, amma haqq-ədalət yerini tapmalıdır.
Mənim işim çox asandır. Mən radioda silsilə verilişlər hazırlayacaq, sizlərin mövqeyini əks etdirəcəyəm. Əgər ermənilər rəyini bildirmək istəsələr, onların da rəyini verəcəyəm. Koalisiyanın görə biləcəyi işlərə gəlincə, burada müxtəlif ölkələrin gənc liderləri, öz ölkələrində minlərlə insanı tələbələri idarə edən adamlar toplaşmışdır. Onlar hansısa suala cavab verə bilməsələr də, bu sualları səsləndirə bilərlər. Azərbaycanın dərdini səsləndirər, öz ölkələrini bu məsələyə münasibət bildirməyə çağırarlar. Deyə bilərlər ki, biz Azərbaycana biganə qala bilmərik, yoxsa özümüzə də laqeyd qalarlar.
Öz hökumətlərinə məruzə edə bilərlər, öz rəsmilərindən bəzi haqiqətləri soruşa bilərlər. Axı siyasi səviyyədə qərar qəbul edə bilənlər mütləq cavab verməlidirlər. Mən də öz adımdan sual ortaya qoyub, bununla bağlı danışa bilərəm.
Mən bu bir neçə gün ərzində insanlarla təmasda oldum və gördüklərimdən çox məmnun qalmışam, azərbaycanlılar haqqında xoş fikirlər formalaşıb. Digər tərəfdən, belə də olmalıdır. İsrail və Azərbaycan arasında yalnız dostluq münasibətləri mövcuddur. Bizim ortaq strateji problemlərimiz, oxşar mövqeyimiz var. Mən İsraildə bununla bağlı kimisə əmin etməli, fikirlərini dəyişməli deyiləm. Çünki onsuz da hər kəs Azərbaycanın dərdini bilir və bölüşür.