Astana Kremlin təhdidindən qorxdu
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
14:48 | 18 iyun 2022 | Şənbə
Məqaləyə 1189 dəfə baxılıb
Şriftin ölçüsü
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
“Qlobal Bakı Forumu Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Dünyada qlobal çağırışların müzakirə olunduğu bir çox platforma mövcuddur. Bunların sırasına Münhen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumu, Valday Diskussiya Klubunu və digərlərini daxil edə bilərik. Qürurverici haldır ki, Qlobal Bakı Forumu da öz nüfuzuna görə sadalanan platformalarla eyni sırada dayanır”. Bunu açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
O bildirib ki, Ermənistanın qeyri-adekvat davranışları sülh prosesinə təhdidlər doğurur:
“Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlətimizin başçısı İlham Əliyev IX Bakı Forumunda həm qlobal gündəlikdə duran məsələlər, həm də regionda cərəyan edən proseslər barədə özünün obyektiv mülahizələrini irəli sürdü.
Prezident qlobal təhdidlərin artıq dünyada fundamental dəyişikliklərə səbəb olduğunu diqqətə çatdıraraq, bəşəriyyəti gözləyən təhlükələr barədə beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Dövlətimizin başçısı həmçinin, regional əməkdaşlıq və təhlükəsizliklə bağlı aktuallıq kəsb edən məsələlərə diqqət ayıraraq, Ermənistanın qeyri-adekvat davranışlarının sülh prosesinə təhdidlər doğurduğunu bildirdi. Ermənistanın 10 noyabr bəyanatı üzrə götürdüyü öhdəlikləri icra etməməsinə və bu xüsusda qarşı tərəfin Zəngəzur dəhlizinin açılmasına süni maneələr yaratmasına ayrıca diqqət ayırdı.
Sözsüz ki, əgər Ermənistan Zəngəzur dəhlizini açmasa və qarşı tərəf Qarabağa əsassız iddialarından əl çəkməsə, o zaman Azərbaycan da bəzi adekvat addımlar atmaq hüququnu özündə saxlayır. Vaxtilə Azərbaycanın tərkibində olan Zəngəzur dəhlizinin Ermənistana verildiyinə dair əlimizdə tarixi sübutlar var. Beləliklə, Azərbaycan xalqı Ermənistana qarşı müəyyən iddialarla çıxış edə bilər. Gərək, Ermənistan bunu nəzərə alsın.
Forumda cənab Prezidentin xüsusi diqqət ayırdığı məsələlərdən biri də Minsk qrupu barədə idi. 44 günlük müharibədə rüsvayçı məğlubiyyətə uğrayan Ermənistan öz məğlubiyyəti kompensasiya etmək üçün Minsk qrupunu yenidən danışıqlar prosesinə cəlb etmək istəyir. Əli hər şeydən üzülən Ermənistan hakimiyyəti bununla status məsələsini bir müddət gündəlikdə saxlamağı niyyət güdür. Sözsüz ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə bu qurumun yenidən dirçəlmək ehtimalını tamamilə istisna edir.
Bundan başqa, hazırda danışıqlar masasında şərtlər Azərbaycan diktə edir. Biz istəmədiyimiz hansısa şərti və ya formatı gündəliyə gətirmək mümkün deyil. Üstəlik, həm Qərbin, həm də Rusiyanın mövqeyi onu deməyə əsas verir ki, Minsk qrupunun yenidən prosesə cəlb edilməsi aktual deyil”. (Milli.az)