Astana Kremlin təhdidindən qorxdu
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
22:29 | 7 oktyabr 2022 | Cümə
Məqaləyə 983 dəfə baxılıb
Şriftin ölçüsü
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Ermənistanda Praqa platformasının uğurundan da danışanlar var, əyər-əskiyindən də. Hakimiyyət özünü öyür, tənqidçilər də öz işində.
Azərbaycanda da uğurdan danışır bir tərəf. Əks tərəf də məğlubiyyətdən.
Gerçəklik odur ki, sentyabrda sərhəddə baş verənlərdən Qərbdə Ermənistana böyük dəstək qazandırmaq, Rusiya mövqelərini İrəvanda zəiflətmək üçün uğurla istifadə etdilər.
Qərbdən Azərbaycana görünməmiş təzyiq gəldi. Başda ABŞ olmaqla.
Praqa görüşləri bu ortamda pis olmadı. Bu platforma Azərbaycan üçün ABŞ-ın təşkil etdiyi sərt erməniyönlüdən daha yaxşıdır. Prosesin sonucunda ortaya çıxan bəyannamənin müddəalarının nə qədər ciddi ola biləcəyi tərəflərin sonrakı davranışlarından asılı olacaq.
Praqa bəyannaməsi Ermənistanın Azərbaycanın ərazi tamlığını birmənalı və şərtsiz tanıdığını deməyə əsas vermir. Qarabağda ordu saxlamaqla və silahlı separatizmi dəstəkləməklə Ermənistan gerçəkdə bu bəyanatın əksini düşündüyünü və əksinə davrandığını sübut edir.
Azərbaycan isə Ermənistanın ərazi tamlığını tanımadığını heç vaxt deməyib. Ermənistan tarixi torpaqlar və etnik əhalinin hüquqları adı altında ərazi iddialarında davam edərsə, eynisini Azərbaycanın edəcəyini deyib.
Təki, Ermənistan silahlılarını tezcə çıxarsın və separatizmi dəstəkləməkdən vaz keçsin. Güman ki, Ermənistan bu siyasəti davam etdirdikcə, Azərbaycan da eynisini edəcəyini səsləndirəcək.
Yeri gəlmişkən, “Zəngəzurun tarixi torpaqlar olması” söhbətini Zəngəzur keçidi söhbətindən ayrı tutmaq lazımdır. “Dəhliz”, “keçid”, “xüsusi statuslu yol” ayrı məsələdir və Üçtərəfli Bəyanatda nəzərdə tutulub.
Nümunə üçün deyim ki, İstanbuldakı boğazlar Türkiyənindir, amma xüsusi statusu var, gəmilərin keçməsi üçün. Bu status Türkiyənin suverenliyini əlindən almır. Amma boğazdan istifadə edənlərin də hüququnu təmin edir.
Zəngəzur keçidinin nə statusda olacağı tərəflərin nəyə razılaşacağından asılı olacaq.
Bir sözlə, Praqa bəyannaməsindəki o bəndin nə olduğunu Ermənistanın yaxın zamandakı davranışından görəcəyik.
Ümid edək ki, sülh sürəci savaşla kəsilməyəcək.
Praqadan sonra Moskva gəlir.