
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
Pis niyyətə düşənlərin sonu bəllidir
Yeni güzəştləri tətbiq ediləcək
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
Bu millətdə normal insan olmayacaq?
Humanitar yardım adıyla silah daşınır
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
Fransa isə qoşun yeritmək fikrində
Ən azı bitmək üzrədir...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
Azərbaycan Xankəndi yolunu bağlayır ...
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
«Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığının bərpa məsələsinə yenidən baxılmalıdır».
Bunu AzNews.az-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Onun fikrincə, bu yolla Azərbaycan Qarabağ məsələsində daha çox nailiyyətlər əldə edə bilər:
«Bilirəm ki, mənim bu açıqlamam
kimlərinsə xoşuna gəlməyəcək, amma hesab edirəm ki, bu təklif nəzərə
alınmalıdır. Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığın təkrar bərpa
olunması və ölkəmiz üzərindən onların xaricə çıxması imkanlarına baxmalıyıq.
Azərbaycan Konstitusiyasına əməl edəcəkləri və ölkənin vətəndaşları olaraq
özlərini tanıyacaqları təqdirdə Azərbaycanın da digər etnik, milli
nümayəndələri kimi ermənilərə də bu hüquqların verilməsi proseduruna
başlamalıyıq. Bu, DQ-nin hərbi xuntası altında inildəyən bir çox ermənilər
onların iradəsindən çıxırsa, Azərbaycanla münasibətlərinə getməyinə imkanlar
açardı. Bu, Rusiyanın zamanında Çeçenistanda tətbiq etdiyi modeldir. İddia
etmirəm ki, Qarabağda çoxlu kadırovlar var. Ancaq biz bunların tapılmağı üçün
çalışmalıyıq».
Komitə üzvü deyib ki, bu məsələni Milli Məclisdə də gündəmə gətirəcək: «Çoxları düşünə bilər ki, mən müharibə amilini, itkilərimizi, işğal keçərli illərimzi, şəhidlərimizi nəzərə almadan bu fikri söyləyirəm. Amma hesab edirəm ki, bu qəti şəkildə belə deyil».