Astana Kremlin təhdidindən qorxdu
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
16:10 | 17 oktyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1001 dəfə baxılıb
Şriftin ölçüsü
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
“Ermənistanın növbəti dəfə sərhədlərdə - Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində təxribatlar törədə biləcəyini bir neçə gün əvvəl qeyd etmişdim və görünən odur ki, Ermənistan tərəfi hələ də Azərbaycan ərazilərinə qarşı iddialarından əl çəkmək istəmir. Bu məqsədlə də Azərbaycan ərazilərində qoşun toplanılması bizə qarşı revanşist və ərazi iddialarının mövcud olduğunu bir daha təsdiqləyir”. Bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, Ordumuz Ermənistan silahlı qüvvələrinin təhdidlərini aradan qaldırmaq üçün təsirli cavab tədbirləri görə bilər:
“Ermənistanın Azərbaycan Ordusunun mövqeləri istiqamətinə və delimitasiya olunmamış sərhəd zonasında kifayət qədər ağır texnika toplaması bizim həmin ərazilərdə xidmət aparan ordumuzun şəxsi heyətinə qarşı birbaşa təhdid yaradır. Belə təhdidlərin gələcəkdə daha da geniş miqyas almaması üçün ordumuz bu təhdidlərin ən qısa müddətdə aradan qaldırılması üçün adekvat və təsirli cavab tədbirləri görəcəyini də ehtimal edirəm.
Görünən odur ki, Fransa və İran tərəfindən səslənən və heç bir əsası olmayan absurd bəyanatlar Ermənistandakı mövcud olan revanşist qüvvələri bir qədər cəsarətləndirib və nəticədə onlar hazırkı fəaliyyətləri ilə bölgədə mövcud olan kövrək atəşkəs rejimini aktiv əməliyyatlar fazasına keçirmək niyyətindədirlər.
Bütün bunlara görə məsuliyyət tamamilə Ermənistanın və onu dəstəkləyən qüvvələrin üzərinə düşür. Nəticə etibarı ilə biz real imkan və potensialına bələd olduğumuz üçün yaxın zamanda baş verə biləcək toqquşmalarda Ermənistan ordusunun növbəti dəfə ciddi hərbi texnika və canlı qüvvə itkisinin olacağını istisna etmirik”. (Milli.az)