Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
10:54 | 18 oktyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 1072 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Ermənistan prezidenti Vaan Xaçaturyan bir neçə gün əvvəl bəyan edib ki, Qarabağ məsələsi ilə bağlı qərarlar Ermənistan tərəfinin istəklərini təmin etməyəcək, çünki geosiyasi və regional vəziyyət dəyişib.
“Həqiqətən, çətin dövrlərdir. İndi hər şey həlledici mərhələyə qədəm qoyub. Bu, Ermənistan Respublikasının mövcudluğuna və Qarabağ məsələsinin həllinə aiddir. Bizdən düzgün qərarlar qəbul etməyimiz üçün realizm tələb olunur”, – V.Xaçaturyan bildirib.
Siyasi analitik, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bazar ertəsi Trend-ə bildirib ki, bu bəyanat Ermənistan cəmiyyətinin yeni reallıqları dərk edə bilməsi və onlara ölkədə ictimai-siyasi vəziyyəti sarsıtmadan reaksiya verə bilməsi üçün müəyyən mesaj daşıyır.
“Hesab edirəm ki, bu bəyanat bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsinin mətnində Qarabağdakı erməni separatçıların statusundan bəhs edilməyəcəyi ilə bağlı ictimai rəyi hazırlamaq məqsədi daşıyır.
İrəvanın Azərbaycanın ərazi bütövlüyünü heç bir istisna olmadan tanıması ilə bağlı əsas müddəalar təsdiqlənəcək. Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində yaşayan erməni əhalisinin təhlükəsizliyi ilə bağlı məsələni Azərbaycan tərəfi həll edəcək”, – İ.Korotçenko deyib
Onun fikrincə, Ermənistan prezidentinin bəyanatı bir növ onu bildirir ki, ATƏT-in Minsk Qrupu ilə ümidlərə, müəyyən statusla bağlı suallara son verməli olacaqlar. Bu, Ermənistan rəhbərliyi tərəfindən mövcud reallıqların konstatasiyasıdır”, - deyə o bildirib.