Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
17:12 | 19 oktyabr 2022 | Çərşənbə
Məqaləyə 1257 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
“Birinci Qarabağ müharibəsindən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistanda əsir saxlanılan 54 qadına İrəvanda baş çəksə də, onların əksəriyyəti qətlə yetirilib”.
Bunu Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsinin müavini Tofiq Musayev bu gün Azərbaycana qarşı müharibə cinayətləri” adlı seminarda deyib.
O bildirib ki, bir müddət sonra həmin şəxslərdən bəziləri Azərbaycan tərəfə təhvil verilsə də, onların sağlamlığına ciddi problemlər olub. Əsir götürülən 40 nəfər qadından bu gün də xəbər yoxdur, onların meyitləri də Azərbaycana təhvil verilməyib.
“Birinci Qarabağ müharibəsində Ermənistan əsir götürdüyü Azərbaycan hərbçilərini də işgəncələrlə qətlə yetirib, onların da meyitlərini təhvil verməyib. Bu gün Azərbaycan azad olunan ərazilərdə bu cür faktlar aşkarlayır. Ermənilər hərbi əsirlərin qaytarılmaması ilə Cenevrə Konvensiyasının da maddələrini pozub. Bu, beynəlxalq insan haqlarının pozulması, müharibə cinayətləridir”, – T.Musayev bildirib.
O, deyib ki, Ermənistan Azərbaycana qarşı bu cinayətləri terror siyasəti ilə həyata keçirib: “Ermənistan itkin düşən şəxslərin taleyi ilə bağlı araşdırmalar aparmalı olduğu halda bunu etmir, bu istiqamətdə heç bir addıma atmır, minalanmış sahələrin dəqiq xəritəsini verməkdən imtina edir, mülki şəxsləri hədəfə almağa davam edir, insanların yurd-yuvalarına qayıtmasına mane olur. Bu da beynəlxalq hüququn pozulmasıdır”. (Trend.az)