Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
15:29 | 24 oktyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1857 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib. Gürcüstan ölkəmizin strateji müttəfiqlərindən hesab olunur. Azərbaycanın reallaşdırdığı bütün regional layihələr məhz Gürcüstan üzərindən həyata keçirilib. Regional enerji və nəqliyyat layihələri Gürcüstan iqtisadiyyatında xüsusi paya malikdir.
İki ölkə arasındakı ticarət dövriyyəsi də əhəmiyyətli səviyyədədir. Bu ilin ilk 9 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 525 milyon 737 dollar olub. Bu əvvəlki ilin ümumi dövriyyəsi ilə, demək olar, eynidir. Belə ki, 2021-ci ilin eyni dövründə ölkələr 549 milyon 297 min dollarlıq ticarət reallaşdırıblar. 2021-ci ildə isə illik dövriyyə 763 milyon 695 min dollar olub. Ötən il ölkələr arasındakı ticarət dövriyyəsi 2020-ci il ilə müqayisədə 30.0 faiz artıb. 2020-ci ildə 536 milyon 202 min dollarlıq dövriyyə qeydiyyata alınmışdı. Rəqəmlər də göstərir ki, ölkələr iqtisadi sahədə geniş əməkdaşlığa malikdirlər.
Digər tərəfdən, Azərbaycan Gürcüstanın enerji təhülkəsizliyinə xüsusi töhfə verir. Bu ilin ilk 9 ayında Gürcüstana 1,9 milyard kubmetr qaz ixrac edilib. Bu Gürcüstana qaza olan tələbinin əhəmiyyətli hissəsi deməkdir.
İqtisadi əməkdaşlıqla yanaşı, Gürcüstan Azərbaycanın haqq işinə dəstək verən ölkələrdəndir. Vətən Müharibəsində Gürcüstanın mövqeyi kifayət qədər təqdirəlayiq qiymətləndirilir. Bu isə münasibətlərimizin dayanıqlığını bir daha təsdiq edir.