
Sülhə doğru daha bir addım
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Prezident İlham Əliyevin aforizmə çevrilən ifadəsi – ...
Sənəddə erməni xalqının günahı mütləq qeyd olunmalıdır...
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
SEPAH-dan Bakı-İrəvan razılaşmasına qarşı mövqe
Pezeşkian “Zəngəzur koridoru” layihəsinə qarşı tənqidləri yumşaldıb
İran Trampın Zəngəzurda planlaşdırdığı dəhlizə mane olmaqla hədələyib
Azərbaycan və Ermənistanın Ağ Evdə imzalanan sülh sazişinin mətni açıqlanıb
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
ABŞ və Türkiyə Rusiyanı Cənubi Qafqazdan çıxarır
Tarixi faktlar və ideoloji əsaslar
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud “ağır top”un cılız xisləti
... Yaxud rejissor tarixçilik etmək istəyəndə şeytana çevrilir
Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçlü formatda iki gün sonrakı Soçi görüşü ərəfəsi əsas sual ətrafında siyasi intriqa yenidən qızışıb. Bakı və İrəvan sülh anlaşması yönündə Brüsselin (Vaşinqtonun), yoxsa Moskvanın sülh təşəbbüsünü əsas götürəcək?
Ermənistanın “Hraparak” qəzeti yazıb ki, baş nazir Nikol Paşinyan Soçidəki görüşdə hətta hakimiyyət dəyişikliyi təhlükəsi olsa belə “sülh müqaviləsi”nin Rusiya variantını imzalamayacağını deyib. “Paşinyan onu da deyib ki, xalq hakimiyyətin tərəfindədir və o, Rusiyanın təhdidlərindən qorxmur. O həmçinin bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev də Qərb variantının əleyhinə olduğu üçün saziş yaxın vaxtlarda imzalanmayacaq”, – deyə qəzet iddia edib.
Bu iddia hələ ki, rəsmi təsdiqini tapmayıb. Digər yandan, Azərbaycan üçün daha çox Qərbin sülh müqaviləsi variantı əlverişli olduğu halda, Bakı niyə onun əleyhinə getsin ki? Status məsələsinin məhz Rusiya variantında yer aldığı haqda ilk olaraq, “Kommersant” qəzeti yazmışdı. O da qeyd edilmişdi ki, Azərbaycan bu variantı rədd edib. Brüssel (Vaşinqton) sənədində isə status məsələsinin olmadığı deyilir.
Srağagün “Valday” Diskussiya Klubundakı çıxışı zamanı Rusiya lideri V.Putin Kremlin dinc nizamlanma tərəfdarı olduğunu, lakin hansı variantı seçməyin “Ermənistanın, erməni xalqının və rəhbərliyinin işi olduğunu” söyləyib. “Hər halda, seçim nə olur-olsun, sülhə gətirib çıxararsa, hamımız bunun tərəfdarıyıq. Amma biz heç kimə heç nəyi sırımaq fikrində deyilik. Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyəcəyik. Əgər erməni xalqı və indiki Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa konkret variantını, məsələn, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə ”Vaşinqton variantı" deyilən variantı seçmək lazımdır, Ermənistanda belə düşünürlərsə, buyursunlar", – Putin bildirib.
Onun digər çoxmənalı ifadəsi budur: “Ermənistan bizim strateji müttəfiqimizdir və biz, əlbəttə ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, lakin böyük ölçüdə Ermənistanın təkliflərini rəhbər tutacağıq”.
Beləcə, Putin faktiki Ermənistanı Azərbaycana qarşı köhnə, radikal mövqeyə şirnikləndirmək və Brüssel prosesini pozmaq niyyətini büruzə verib. Guya Rusiya Ermənistana, Qarabağ ermənilərinə Qərbdən daha yaxşı sülh müqaviləsi təklif edir, Paşinyan iqtidarı isə imtina edir. Şübhəsiz ki, bununla Moskva həm də Ermənistan hakimiyyətini, ümumən oradakı nifrət elədiyi qərbyönlü qüvvələri qəliz durumla üzləşdirmək və ictimai qəzəbə gətirmək məramı güdür.
Maraqlıdır ki, yazı hazırlanarkən Paşinyan öz “Twitter” hesabında belə bir qeyd edib: “Ermənistan Rusiya tərəfindən Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətləri müəyyən edən baza prinsipləri və parametrlər əsasında çalışmağa sentyabrın əvvəlində razılıq verib. Ermənistan Soçidə bunu təsdiq etməyə hazırdır. Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”.
Paşinyan konkret hansı təkliflərdən söhbət getdiyini açıqlamayıb. Ancaq bununla Putinin onu daxildə hədəfə gətirmək planını öncədən pozmaq istədiyi istisna deyil...