Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Qarabağa müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları separatçı qüvvələrə sözün əsl mənasında himayədarlıq edirlər. Sülhməramlıların iştirakı və nəzarəti ilə Xankəndiyə yardım adı altında müxtəlif növ silahlar daşınır. Sülh danışıqlarında iştirak edən ölkə, yəni Rusiya vəziyyəti yenidən gərginləşdirməyə can atır. Görünən odur ki, Rusiya artıq öz imzasına da hörmət etmir. Azərbaycana dost deyən ölkə Qarabağda sülhməramlıların qanunsuz əməllərinə göz yumur. Kreml açıq-aşkar ikiüzlü siyasət yürüdür.
Sülhməramlı kontingent, yoxsa bölgədə yeni münaqişəni alovlandıran qüvvələr? Rusiya sülhməramlıları müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hansı missiyanı yerinə yetirməli olduqlarını tam unudublar.
Laçın dəhlizi vasitəsilə Xankəndiyə daşınan silahlar bunu bir daha təsdiq edir. Sülhməramlıların qeyri-qanuni hərəkətinə isə Rusiya hələ də göz yumur.
Laçın dəhlizində əməlli-başlı qanunsuzluq hökm sürür. "Sülhməramlı humanitar yardım" adı altında Qarabağa silahlar daşınır. Rusiya sülhməramlıları ərazidəki terrorçuları silahlandırırlar.Bu həm də Rusiyanın imza atdığı üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır. Qarabağa daşınan silahların yeni siyahısı da məlumdur.
Bu silahların hamısı Rusiyanın Gümrüdəki hərbi bazasından çıxarılıb. Bəzi silah növlərinin isə İran və Suriyadan gətirildiyi bildirilir.
Mövzu ilə bağlı danışan politoloq Məhəmməd Əsədullazdə deyir ki, Rusiya artıq Azərbaycanla imzaladığı müttəfiqlik bəyannaməsinə də məhəl qoymur. Onun sözlərinə görə, sülhməramlılar artıq ölkəmizin təhlükəsizliyi üçün ciddi təhdid yaradır.
Politoloq qeyd edib ki, Rusiya Cənubi Qafqaza təsir imkanlarını itirməmək üçün təhlükəli oyunlara əl atır. Erməni əsilli milyarder Ruben Vardanyanın Xankəndiyə göndərilməsi də bu ölkənin hansı məqsədlər üçün çalışdığını göstərir.
Politoloq əlavə edib ki, rəsmi Moskva qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmamasına da heç bir reaksiya vermir. Görünən odur ki, Rusiya bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyi düşünür. Amma Azərbaycan öz ərazilərində hansısa terrorçu qüvvələrin qalmasına imkan verməyəcək.