
Böyük Qələbəyə açılan qapı
Aprel döyüşlərindən şanlı Zəfərə!
Aprel döyüşlərindən şanlı Zəfərə!
Bir kitabdan daha artığı
Yanlış adlar və ifadələr nəyə gətirib çıxarır?!
Düşmən gülləsindən yayınıb qardaş gülləsi ilə həlak olan qəhrəman
Nə yaxşı ki, suverenlik məsələsini vaxtında və tam həll etdik
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
Bakının cavabı necə olacaq?
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
Prezident İlham Əliyev Qarabağa gətirilən Ruben Vardanyanla bağlı mövqeyini açıq mətnlə elan etdi:
– Rusiyaya mesaj verdi ki, “Vardanyan planı”na imkan verilməyəcək;
– Qərb izah etdi ki, Bakı Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma rusların planına uyğun deyil və ermənilərlə təmasa mane olan da Moskvadır;
Əsas məqam Prezidentin Vardanyan məsələsini niyə indi və Aİ elçisini qəbul edərkən dilə gətirməsidir.
Bu haqda öncə də yazmışdıq: Qərb Qarabağdakı ermənilərlə Bakının təmaslar yaratmasını dəstəkləyir və bununla bağlı beynəlxalq mexanizmin indi yaradılmasını istəyir; Bu təklifi Bakı da qəbul edir, lakin separatçı-terrorçu rejimlə yox, erməni əhalisi ilə və mövcud situasiyada beynəlxalq mexanizmin indi yaradılmasına istəmir.
Və burada Vardanyan oyununun hədəfi ortaya çıxır.
Təmaslarla bağlı beynəlxalq mexanizmin indi yaradılması separatçı-terrorçu rejimin “erməni əhalisinin nümayəndəsi” kimi qəbul edilməsi deməkdir, Bakı bunu qəbul etmir. Bakının bunu qəbul etməyəcəyini bildikləri üçün Vardanyanı Xankəndinə gətirdilər, qondarma “dövlət naziri” etdilər və istisna deyil ki, təmaslar planlaşdırdıqları kimi baş tutarsa, Araik oyundan çıxarılacaq, Vardanyan “erməni əhalisinin təmsilçisi” kimi masaya əyləşdiriləcək. Xankəndində təşkil edilən təxribat mitinqi də buna hesablanmışdı. Vardanyanın gətirilməsi həm də Azərbaycanın “cinayət işi açdığı separatçıların rəhbərləri ilə təmas qurmaq istəməməsi” arqumentinə qarşı hazırlanmış plandır.
Planı quran və icra edən Rusiyadır, lakin Ermənistan və erməni diasporu/lobbisi də ortaqdır, Fransanın da bu prosesdə maraqlı tərəf olduğu bəllidir.
Əliyev Qərb məhz bunun mesajını verdi ki, Rusiya erməni əhalisi ilə təmaslar üzərindən oyun qurur, bunu qəbul etməyəcəyik.
“Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında konsensus” məsələsi də təmaslarla bağlı beynəlxalq mexanizmin indi yaradılmasını – bu, Rusiya və Ermənistanın marağındadır – arxa plana keçirməyə hesablanıb. Bakı tərəflərə “ortaq məxrəcə gəlin, sonra müzakirə edək” mesajı verir.