
“Savaş və Duman”
Bir kitabdan daha artığı
Bir kitabdan daha artığı
Yanlış adlar və ifadələr nəyə gətirib çıxarır?!
Düşmən gülləsindən yayınıb qardaş gülləsi ilə həlak olan qəhrəman
Nə yaxşı ki, suverenlik məsələsini vaxtında və tam həll etdik
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
Bakının cavabı necə olacaq?
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
Yeni tələblər irəli sürüldü
Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasında söz dueli yaşanır. Ruslar Ağdərə və Xocavəndi “Mardakert” və “Martuni” adlandırmağa davam edir, o cümlədən, Qarabağ iqtisadi rayonunu “Dağlıq Qarabağ ərazisi” kimi qeyd edir. Azərbaycanın haqlı etirazına rəğmən mövqelərini dəyişmir və iddialarını “əllərindəki xəritələrlə” əsaslandırırlar.
Rusiyanın əlində olan xəritə 1991-ci ilə qədər olan xəritədir, sülhməramlılar bölgəyə gələndə özləri ilə bu xəritəni gətirdilər. Məqsəd də qondarma “dqr”in mövcudluğunu saxlamaq, bunun üzərindən bölgədə varlıqlarını davam etdirməkdir.
Azərbaycan Rusiyanın təxribatına lazım olan səviyyədə etiraz edir. Bununla yanaşı, mümkün addımlardan biri də Rusiyanın əlindəki xəritəni almaqdır. Qarabağın mövcud xəritəsini Türkiyə-Rusiya birgə monitorinq mərkəzinə təqdim etmək, fəaliyyətin bunun əsasında qurulması tələbini qoymaq olar; ruslar bununla mövqelərini dəyişməsə belə, ən azı “istinad mənbələrini” zəiflətməyə nail ola, hər dəfə “əlimizdəki xəritə” deyəndə, təqdim edilən xəritəni dərc edə bilərik;
Məsələni “söz duelindən” irəliyə aparmaq lazımdır.