
Bayrudan işçiləri əsəbiləşdirən təklif
Fransa Baş naziri iqtisadi artım üçün iki rəsmi tətilin ləğvini istəyir
Fransa Baş naziri iqtisadi artım üçün iki rəsmi tətilin ləğvini istəyir
Fransanın ən ucuz kababçısı bağlandı
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
İsrailli din xadimi Fransa prezidenti Makronu hədələdi
Yanğın Fransada 10 min hektardan çox ərazini külə döndərdi
Qış gəlmədən elektrik və qaz qiymətləri 20 faiz artdı
Aude bölgəsində fövqəladə vəziyyət elan edilib
Erməni lobbisinin mərkəzi sayılan Marsel siyahının başında yer alıb
Nazirlik iddia yalanladı
Fransada səhiyyə böhranı dərinləşir
Fransa məhkəməsi Almaniya brendini fantastik məbləğdə cərimələdi
“Paris küçələrində təhlükəsizliyi qoruya bilərsinizmi?”
ABŞ Fransanı Qəzza məsələsinə yaxın buraxmır
Birləşmiş PMI son 10 ayın ən yüksək həddində
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
İş yerində və məktəblərdə istirahətləri yaradılacaq
Vəssalam, biz bundan sonra Fransa liderindən, fransalı parlamentarilərdən bir daha heç vaxt ədalət, insanlıq gözləməməliyik. Çünki bu gün Fransa parlamentinin aşağı palatası sonuncu ümidlərimizi də öldürdü.
Fransa parlamentinin yuxarı palatasının – Senatın ardınca, aşağı palata – Milli Assambleya da Azərbaycana qarşı təxribat xarakterli qətnamə qəbul etdi.
Assambleyanın 256 deputatı qətnamənin lehinə səs verdi.
Maraqlıdır ki, qətnamənin əleyhinə heç olmasa, bircə nəfər də səs verən olmadı. Əvvəlki qətnamələrin qəbulu zamanı Milli Assambleyanın deputatı Jerom Lambert bir qayda olaraq bu qətnamələrin əleyhinə səs verir, Azərbaycanın mövqeyini müdafiə edirdi. Ancaq bu dəfə isə heç Lambertdən də səs-səmir yoxdur.
Təxribatçı qətnamədə isə eynilə Senatın iki həftə öncə qəbul etdiyi qətnamədəki kimi Azərbaycana qarşı sanksiyaların tətbiqi nəzərdə tutulub və yenə də Azərbaycan “işğalçı” kimi təqdim olunub.
Bütün bunlar onu göstərir ki, artıq Fransa bizim üçün tam şəkildə itirilmiş bir ölkədir.
Soydaşlarımızın srağa gün Parisdə, Milli Assambleyanın binası önündə keçirdiyi etiraz aksiyasının da heç bir faydası olmadı. Fransanın siyasi elitası erməniləri dəstəkləmək siyasətindən əl çəkənə oxşamır.
Senatın və Assambleyanın deputatları özlərini tamamilə Makronun siyasətinə uyğunlaşdıraraq haqqa, ədalətə tüpürmək mövqeyini tutublar.
Odur ki, biz də bundan sonra Fransanı zor-xoş dost ölkəyə çevirmək siyasətindən əl çəkməliyik. Özümüzü aldatmamalıyıq. Fransa son hərəkətləri ilə öz adını birmənalı olaraq bizə düşmən olan ölkələrin siyahısına yazdırdı. Biz də öz siyasətimizə buna uyğun olaraq çəki-düzən verməliyik.
Beləliklə, biz bütün maskaların yırtıldığı bir fransız “filmi”nin sonuna gəldik.