
“Savaş və Duman”
Bir kitabdan daha artığı
Bir kitabdan daha artığı
Yanlış adlar və ifadələr nəyə gətirib çıxarır?!
Düşmən gülləsindən yayınıb qardaş gülləsi ilə həlak olan qəhrəman
Nə yaxşı ki, suverenlik məsələsini vaxtında və tam həll etdik
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
Bakının cavabı necə olacaq?
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
Yeni tələblər irəli sürüldü
12-13 sentyabr hadisələri zamanı Qərbdəki xristian fundamentalizmi, azərbaycanfobiyayla zəhərlənmiş dairələr Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda, təcavüzdə ittiham edirdilər. Onlara bu işdə Qərbin Azərbaycandakı müftə işləyən intellektual yaltaqları, təsir agentləri və s. də dəstək verirdi.
İndi Azərbaycan dövləti birbaşa yox, onun təşkilatlandırdığı ictimaiyyət nümayəndələri ölkənin suveren ərazisində Xankəndiylə İrəvanı birləşdirən yolda aksiya keçirirlər. Məlum şəbəkənin haray-qışqırığı 12-13 sentyabrda etdiklərini geridə qoyub. Azərbaycanı “humanitar fəlakət yaratmaqda” ittiham edirlər. Qərb öz sifətini qorumağı da yaddan çıxarıb, Ukraynada qanı su yerinə axıdan Rusiyanın Xankəndinə göndərdiyi agenti Ruben Vardanyanın dolayısıyla müdafiəsinə qalxıb.
Azərbaycan ictimai rəyi ölkənin ərazi bütövlüyünə və suverenliyinə edilən qəsdlərə Qərbin verdiyi dəstəyi dərk etməli və buna uyğun münasibətini formalaşdırmalıdır. Azərbaycan Türkiyə və digər region ölkələrindəki kimi güclü anti-Qərb ictimai rəyi formalaşdırılmalıdır. Azərbaycanda, erməni təcavüzünə verdiyi dəstəyə görə Rusiyaya qarşı formalaşmış neqativ münasibətin eynisi Qərbə qarşı da formalaşmalıdır.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü azərbaycanlılar üçün qırmızı xəttə çevrilməlidir. Bu qırmızı xətti ayaqlamağa qalxan istənilən qüvvəni ayaq altına almağa hazır olan milli iradə formalaşdırılmalıdır. Belə bir iradəni görən Qərb də, Rusiya da onunla hesablaşmaq məcburiyyətində qalacaq.
Son iki-üç gündə Laçın dəhlizində baş verənlərə görə Azərbaycana qarşı yönələn şantajlardan qorxmaq lazım deyil. Ölkənin suverenliyinə qarşı yönəlmiş istənilən təhdid rədd edilməlidir.