
Fransanın məşhur şirkəti Türkiyəyə satılır
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Yeni ünvan seçimləri arasında İstanbul da var
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Avropada yaşayan türklərin mövsümü rekordu
Qərb və yəhudi bankirlər, yoxsa ...
ABŞ-dan türklərə misli görünməmiş xəbərdarlıq
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
Bolqarıstan gömrüyündən keçə bilməyən sürücü avtomobilinə od vurdu
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
“Altay” “T-72” və “T-90” tanklarını əvəz edəcək
“Polad Qübbə”nin təqdimat mərasimi dünya mətbuatında
Tarladan süfrəyə qiymətlər artacaq
Ölkənin bütün şəhərlərində sığınacaqlar tikiləcək
ABŞ sənayeyə zərər verib-vermədiyini müəyyən edəcək
İsveç Baş nazirinin Ankara ziyarəti sonrası NATO Təhlükəsizlik skandalı
Türkiyə və “F-35” mövzusundakı mövqe dəyişməyib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bələdiyyə seçkilərindən sonra Azərbaycana səfəri ənənəvi xarakter daşıyır və eyni zamanda əlamətdar hadisədir. Bu barədə 1news.az-ın müxbirinə Milli Məclisin deputatı Azay Quliyev bildirib.
Türkiyənin baş naziri bu gün Azərbaycana
işgüzar səfərə gəlib. Səfər zamanı iki ölkə arasında hərbi-siyasi sahədə bir
sıra sazişlərin imzalanması gözlənilir.
Deputatın sözlərinə görə, Ərdoğanın
növbəti dəfə inamlı qələbəsi bir daha göstərdi ki, əhalinin böyük əksəriyyəti
hazırki hökumətə və onun uğurla həyata keçirilən kursuna etibar edir.
«Türkiyə stabil və inkişaf edən
dövlətdir və bunda ölkənin baş nazirinin böyük xidmətləri var. Ərdoğan 12 il
ərzində Türkiyə iqtisadiyyatına böyük töhfə verib. Türkiyə bu gün dünya
iqtisadiyyatında layiqli yer tutur», - deyə deputat qeyd edib.
A.Quliyevin sözlərinə görə, görüş
çərçivəsində tərəflər iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın
dərinləşdirilməsi, həmçinin hərbi-strateji tərəfdaşlıq kimi mühüm məsələlər
müzakirə olunacaq.
«Heç şübhəsiz ki, görüş zamanı
Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və Dağlıq Qarabağ
münaqişəsi, həmçinin təhlükəsizlik məsələləri müzakirə olunacaq», - deyə
deputat qeyd edib.
«Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması Azərbaycan və qardaş Türkiyə üçün prioritet vəzifədir və bizim
dövlətlərin Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistana qarşı
mövqeyi eynidir. Türkiyə hökuməti artıq dəfələrlə bəyan edib ki, Ermənistanla
münasibətlərin yoluna qoyulması, xüsusən də, sərhədlərin açılması Ermənistanın
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərini yerin
yetirməyincə və öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmayınca aktual
ola bilməz», - deyə A.Quliyev bildirib.
O həmçinin Ermənistanın Türkiyənin özünə
qarşı irəli sürdüyü ərazi iddialarını xatırladıb.
«Ermənistan konstitusiyasında göstərilib
ki, guya Türkiyə ərazilərinin müəyyən hissəsi Ermənistana məxsusdur və bu
qətiyyən həqiqətə uyğun deyil. Bununla yanaşı Ermənistan fəal şəkildə qondarma
«erməni soyqırımı» mövzusunu qabardır və bununla dünya ictimaiyyətinin
diqqətini cəfəngiyatdan ibarət olan və tarixi sübutlara malik olmayan uydurma
fakt və rəqəmlərə cəlb edir.
Ermənistan bu kimi yalan ittihamlarla
nəinki erməni-türk sərhədlərinin açılmasına və Türkiyə ilə münasibətlərin
yoluna qoyulmasına nail olacaq, hətta əsassız ümidlər vəd edən hərtərəfli
inteqrasiya layihələrinin iştirakçısı olsa belə özünü saldığı iqtisadi təcrid
vəziyyətdən də çıxa bilməyəcək», - deyə parlamentari bildirib.
Bakı və Ankara arasında gələcək inkişaf perspektivlərinə gəldikdə isə azərbaycanlı deputatın fikrincə, onlar qarşılıqlı etibar və tərəfdaşlıq müstəvisində inkişaf edəcək ki, bu da stabil münasibətlər üçün ilkin şərtdir.