Kreml Kiyevi vurmaqla hədələdi
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
18:06 | 14 sentyabr 2024 | Şənbə
Məqaləyə 566 dəfə baxılıb
Şriftin ölçüsü
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ölənlər var
PUA zərbələri güclü yanğına səbəb oldu
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiyada məhkum qadınların sayı niyə artır?
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ və Avropa ölkələrinin Ukraynaya verdikləri raketlərlə Kiyevə Rusiyanın içərilərinə doğru zərbələr endirməsinə icazə vermələrini cavabsız qoymayacaq. Rusiya rəsmiləri yenə “qırmızı çizgilərdən” danışırlar. Ancaq Putin və onun ətrafı bu dəfə nisbətən ehtiyatlı açıqlamalar verməyə çalışır, Qərb ölkələrini nüvə silahıyla təhdid etmirlər.
Bütün hallarda Putin özünün və ölkəsinin imicini qorumaq üçün Rusiya ərazisinə atılan Qərb raketlərinə qarşı nəsə etməlidir. Rusiya müstəqilliyini qazandıqdan bu yana nüvə sınaqları keçirməyib. Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər. Kreml nüvə sınaqları vasitəsilə Qərbi Ukraynaya hərbi dəstəyi artırmaqdan çəkindirməyə çalışacaq. Bundan başqa Putinin əmri ilə Ukrayna infrasturkturlarına raket zərbələrinin sayı artırılacaq. Məqsəd qış aylarında Ukrayna vətəndaşlarının elektrik və istilikdən istifadələrini məhdudlaşdırmaqdır. Putin yaxın keçmişdə olduğu kimi ABŞ və Avropa ölkələrinə kiberhücumların sayının artırılmasını da əmr edə bilər.
Buna baxmayaraq, Kremlin cavab tədbirləri Rusiyanın Ukrayna müharibəsində qələbəsini təmin etməyəcək. Vaşinqtonun Ukraynaya Rusiya ərazilərinə ABŞ raketləri zərbələr endirməsinə icazə qərarını İranın Rusiyaya ballistik raketlər verməsi sürətləndirdi. Mövcud qarşıdurmanın dayandırılmasının tək yolu var: Putin Rusiya ordusunun Ukrayna ərazisinə hücum əməliyyatlarını dayandırmağı əmr verməlidir. Kreml sahibi hələ belə əmr verməyə hazır deyil.