
Təmassız nəzarət və oxuma cihazları
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Paşinyan: “Eyni anda həm iki quruma üzvlüyün mümkün olmadığını bilirik”
... və ya “dil pəhləvan”ın yeni macəraları
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Prezident İlham Əliyevin aforizmə çevrilən ifadəsi – ...
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində Qərb təşkilatlarının fəaliyyətinə geniş imkanlar yaratsa da, Rusiyanın mərkəz və media resurslarının İrəvandakı fəaliyyətlərini hələ ki, əngəlləmir. Əksinə, İrəvandakı “Rus evi” son vaxtlar fəaliyyətini genişləndirib, Ermənistandakı məktəb və universitetlərinə rus dilində dərsliklər paylayır, şagirdlərin Rusiyanın Gümrüdəki hərbi bazasına tanışlıq səfərləri təşkil edir. İrəvandakı “Rus evi” Ermənistan Elmlər Akademiyasının elmi mərkəzi ilə əməkdaşlıq əlaqələri də qurub. Müqavilə birgə tədqiqat layihələrini, konfrans və seminarların təşkilini nəzərdə tutur.
Bu İrəvandakı “Rus evi”nin fəaliyyətinin görünən tərəfidir. Bakıda fəaliyyəti dayandırılan “Rus evi” kimi İrəvandakı “Rus evi” də Ukrayna əleyhinə sərgilər keçirib, Donbass separatçılarının “qəhrəmanlıqları” barədə mətnlər yayıb. Ümumiyyətlə “Rus evləri” Moskvadan idarə olunduğuna görə, bu mərkəzlərin hər birinə eyni təlimatlar göndərilir. İrəvandakı “Rus evi”nin daha bir fəaliyyət istiqaməti var. Bu mərkəz İrəvandakı Qərb mərkəzləri ilə açıq və gizli mübarizə aparır. İrəvandakı “Rus evi”nin rəhbəri Vadim Fefilov bunu heç gizlətmir də. O müsahibələrinin birində “kollektiv Qərbin” İrəvanda xeyli mərkəzinin fəaliyyətindən bu şəkildə şikayət edib: “Qərb ölkələrinin səfirlikləri İrəvandakı mərkəzləri idarə edirlər (guya İrəvandakı “Rus evi” Rusiya səfirliyindən təlimat almır). Qərb mərkəzlərinin fəaliyyəti erməni identikliyinə qarşıdır”. Bu sözlər açıq-aşkar Ermənistan hökumətinə qarşıdır. Çünki, Qərb mərkəzlərinin fəaliyyətinə Ermənistan hökuməti şərait yaradıb. “Sputnik Ermənistan” agentliyinin də fəaliyyəti bu istiqamətdədir. “Sputnik Ermənistan” agentliyi həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti əleyhinə fəaliyyət göstərir, Paşinyana müxalif olan radikal qüvvələrə və Qarabağ separatçılarına informasiya dəstəyi verir.
Nikol Paşinyan Bakıda “Rus evi”nin bağlanması və “Sputnik Azərbaycan” agentliyinin fəaliyyətinin məhdudlaşdırılması qarşılığında iki yoldan birini seçə bilər. Birinci yol Azərbaycan kimi Ermənistanda da “Rus evi” və “Sputnik Ermənistan”ın fəaliyyətlərinin məhdudlaşdırılmasıdır. Bunun üçün Paşinyanın tam əsası var, hər iki qurum Ermənistan hakimiyyətinin əleyhinə çalışır. Paşinyan bu yolu seçməklə Rusiyanın Cənubi Qafqazda nüfuz imkanlarını daha bir az məhdudlaşdırmış olacaq. İkinci yol, əksinə Rusiyanın adı çəkilən iki mərkəzinin fəaliyyətini davam etdirmələrinə şəraitin yaradılmasıdır. Bu halda İrəvan Bakı ilə müqayisədə Rusiyaya yaxın görünmək istəyəcək. Ancaq bu yolun Paşinyan və onun komandası üçün faydası yoxdur. Çünki, Kreml “Rus evləri” və “Sputnikləri” vasitəsilə Rusiyanın imperiya maraqlarını gücləndirməyə çalışır. Paşinyan isə Rusiyanın zəncirlərindən qopmayınca ölkəsinin müstəqilliyini təmin edə bilməyəcək.