vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
KİNO-TEATR  
“Köhnə çamadanlar” Xəzərə çatdı 15:51 | 27 fevral 2025 | Cümə axşamı Məqaləyə 512 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Köhnə çamadanlar” Xəzərə çatdı

Xocalı soyqırımından bəhs edən film tələbələr üçün nümayiş olundu

HƏMİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 26-da “Xəzər” Universitetində Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə “Köhnə çamadanlar” filmi nümayiş olundu.

Müəllim və tələbələrin izlədiyi nümayişdən öncə universitet nümayəndələri və filmin yaradıcı heyət üzvləri çıxış edərək Xocalı qurbanlarını, onların timsalında Qarabağ müharibəsi şəhidlərini ehtiramla yad etdilər.

Bildirildi ki, zorla cəlb olunduğumuz və minlərlə dinc soydaşın əziyyət çəkdiyi müharibə və onun izləri uzun illər yaddaşlardan silinməyəcək.  Sözsüz ki, bu gerçəkliyin ədəbiyyatda, teatrda, kinematoqrafiyada, ümumilikdə yaradıcılığın bütün sahələrində geniş şəkildə əks olunması və gələcək nəsillər ötürülməsi vacib amildir.

Real hekayələr əsasında ərsəyə gələn “Köhnə çamadanlar” filminin bu mənada tarixi həqiqətlərimizi, savaşdan əziyyət çəkən insanların, xüsusən qadın və uşaqların ümumiləşmiş obrazını yaratdığını dedilər.

Ekran işi maraqla izlənildi və nümayişin ardınca  tamaşaçıları maraqlandıran suallar cavablandırıldı.

Xatırladaq ki, müharibə və qadın mövzusuna özünəməxsus baxış sərgiləyən, Xocalı soyqırımına, ümumilikdə savaşın ağrı-acısına kinematoqrafik təsvir verən “Köhnə çamadanlar” tammetrajlı bədii filminin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifləri  Sevda Sultanova və Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur.

Ekran əsərində rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Zemfira Əbdülsəmədova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Qurbanova, Zarina Qurbanova, Aygün Fətullayeva, Türkay Cəfərli, Könül Qasımova, Səmimi Fərhad, Aqil M.Quliyev, Namiq Ağayev, Vüqar Hacıyev, Cavanşir Məhərrəmov, Rəsmiyyə Nurməmmədova, Qızılgül Quliyeva və digər aktyorlar canlandırıblar. Həmçinin filmdə İkinci Qarabağ müharibəsinin iştirakçıları, Sərhəd Qoşunlarında xidmət edən hərbçilər, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslər də iştirak ediblər.