
100 ildən sonra bir ilk
Qadağa qaldırıldı, Sena çayı ictimaiyyətə açıldı
Qadağa qaldırıldı, Sena çayı ictimaiyyətə açıldı
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
İranda həbs olunan iki Fransa vətəndaşına hökm oxunub
Fransada ölümlə nəticələnən yol qəzalarına səbəb olanlara ağır cəza
Fransanın simvolu istidən qızaraq hər gün 20 santimetr genişlənir
30,000 sərnişinin uçuşu ləğv edildi
Qızıl külçə qalmaqalı Fransaya yayıldı
Tətil səbəbindən bəzi uçuşlar təxirə salınıb
Fransada hər 10 nəfərdən 8-i Baş nazir razı deyil!
Hollandiya, Belçika və Fransa həyəcan vəziyyətindədir
E.Coli zəhərlənmələrinin sayı 28-ə yüksəlib
Məktəblər sabahdan bağlanır
İsti dalğası ilə bağlı 14 rayona xəbərdarlıq edilib
“Leclerc”dən sonra “Auchan” məhsullarında təhlükəli bakteriya tapılıb
Temperatur 39 dərəcəyə çatacaq
Panika təcili enişə səbəb oldu
“Kale şəhərinin sakinləri” abidəsi Yüzillik müharibənin ilk dövründə baş verən hadisə ilə əlaqəlidir.
Müharibə 1337-ci ildə başlayıb və daha hazırlıqlı və intizamlı qoşuna malik ingilislərin üstünlüyü ilə keçib. Onlar 1340-cı il iyunun 24-də Sleys dəniz döyüşündə qalib gəliblər. 1346-cı il avqustun 24-də isə daha çoxsaylı Fransa qoşununu Kresi döyüşündə darmadağın ediblər.
Bu qələbəyə baxmayaraq, müharibənin hələ uzun sürəcəyi aydın idi. İngiltərə kralı III Eduard bir liman şəhərini ələ keçirmək istəyirdi ki, orada həm İngiltərədən gəmilərlə gələn canlı qüvvələri və azuqəni qəbul edə bilsin, həm də qoşunu etibarlı divarlar arxasında dincəlsin. O, Kale şəhərini tutmağı qərara alıb.
İngilislər 1346-cı ilin sentyabrın 4-də şəhərə yaxınlaşırlar. Beş ay ərzində hücum edərək qala divarlarını adlamağa və şəhəri ələ keçirməyə çalışırlar, amma nail olmadılar. Bundan sonra fəal hərbi əməliyyatları dayandırdılar və şəhərin tükənərək təslim olmasını gözləirlər.
Fransa kralı VI Filipp dəniz vasitəsilə Kaleni azuqə ilə təchiz etməyə çalışırdı. 1347-ci ilin mart-aprel aylarında şəhərə 1000 ton azuqə ötürüldü. Amma maydan etibarən ingilislər bu təchizatı kəsə bildilər. Şəhərdə olan azuqə tükənməyə başladı.
Avqustun əvvəllərində kalelilər III Eduarda xəbər göndərərək təslim olmağa hazır olduqlarını, şəhər əhalisinə rəhm edilməsini istədilər. İngiltərə krala isə belə bir şərt irəli sürdü: Kalenin 6 tanınmış sakini öz boyunlarına ip salıb onun hüzuruna gəlir və şəhər açarlarını təslim edirlər. Kral yalnız onları asacağını digər sakinlərin canına toxunmayacağını bildirdi.
Birinci Estaş de Sen-Pyer, Kalenin varlı adamlarından biri özünü qurban verməyə hazır olduğunu bildirdi. Şəhərin müdafiəsinə rəhbərlik edən Jan de Vyen və daha dörd nəfər ona qoşuldular. Avqustun 3-də onlar şəhərdən çıxdılar, açarı təqdim etdilər və edamlarını gözlədilər. Amma kralıça Filippa ərindən onların bağışlanılmasını istədi. Kral da hamilə arvadının sözünü yerə salmadı.
Yüzillik müharibə 1453-cü ildə Fransanın qələbəsi ilə yekunlaşdı, amma sülh müqaviləsinə görə, Kale ingilislərdə qaldı. Yalnız 1558-ci ildə hersoq Fransua de Giz qəfil hücumla şəhəri tutdu və onu Fransaya qaytardı.
Şəhər bələdiyyəsi 1884-cü ildə bir neçə heykəltəraşa müraciət edərək həmin altılığın ağsaqqalı sayılan Estaş de Sen-Pyerin heykəlinin hazırlanması ilə bağlı təkliflərini hazırlamalarını istədi. Ogüst Roden adlı birisi isə təkcə Sen-Pyerin deyil, altılığın hamısını əks edildiyi kompozisiya yaratdı. Məhz onun layihəsi qəbul edildi.
Abidə hazırda Kale bələdiyyəsinin binası önündədir.