
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
Məşhur amerikalı iqtisadçı, filosof və tarixçi Cefri Saksın son günlərdəki müsahibələrində eşitdiklərimə heyrət edirəm.
Hətta bu cür superintellektual da son zamanlarda qatı Putin aşiqinə çevrilib. Harvard Universitetinin keçmiş professoru olan C.Saks Putinin Ukraynaya qarşı işğalçı siyasətini eynən Donald Tramp kimi görməzdən gəlir və Rusiya ilə danışıqlar aparmağın, Putinin tələbləri ilə razılaşmağın, kompromoslərə getməyin vacib olduğunu bildirir.
Cefri Saks bu arqumentləri ilə 21-ci əsrin Çemberleni hesab oluna bilər. Axı 87 il əvvəl, 1938-ci ildə İngiltərənin baş naziri Nevil Çemberlen də Hitler Almaniyası qarşısında güzəştlərə getməyin, Çexoslovakiyanın Sudet vilayətini almanlara peşkəş etməyin vacibliyini vurğulayırdı. Lakin Çemberlenin Hitleri "sakitləşdirmək" səhvinin nə ilə nəticələndiyini bu gün hamımız yaxşı bilirik. İştahası artan Adolf Hitler sonda nəinki Sudeti, hətta bütün Çexoslovakiyanı, Polşanı və Avstriyanı işğal etməklə 2-ci dünya müharibəsinin başlanmasına səbəb oldu.
Görünən budur ki, artıq biriləri Üçüncü Dünya müharibəsi üçün də planlı surətdə zəmin hazırlamağa başlayıblar.
İndi Cefri Saks kimi üstün zəka sahibi də (hərçənd ki, onun həqiqətən də zəki insan olmağı artıq ciddi şübhə doğurur) dünya birliyini Çemberlenin səhvini təkrarlamağı tövsiyə edir. Və ən pisi də budur ki, Saks bu cür zərərli mövqeyini səsləndirərkən, Rusiyanın yan-yörəsindəki kiçik ölkələrin gələcək taleyini qətiyyən nəzərə almır. Keçmiş SSRİ-nin bərpası ideyasına normal yanaşan amerikalı iqtisadçı-filosof hətta Rusiya ilə qonşu olan Baltikyanı ölkələrin (Latviya, Litva, Estoniya) rəhbərlərinə tövsiyə edir ki, onlar Putini qıcıqlandıra, əsəbiləşdirə biləcək hərəkətlərə yol verməsinlər və özlərini "yaxşı qonşu" kimi aparsınlar.
Bir sözlə, Meksikaya, Qrenlandiyaya, Kanadaya, Panamaya, Kolumbiyaya "əlcək" atan Trampın ardınca Amerikanın "ağıllı baş"ları da dünyanın kiçik və orta çaplı ölkələrini öz müstəqil və suveren siyasətlərindən imtina etməyə çağırırlar.
Harvard professorunun beynəlxalq hüququn əvəzinə, "cəngəllik qanunları"nın tərəfdarı kimi çıxış etməsi həqiqətən də çox üzücü və acınacaqlıdır.
P.S. Bayden və Harrisin liderlik etdiyi liberallar, qlobalistlər dünyanı Apokalipsisə (antibəşəri fəlakətə) doğru aparırdılar. Donald Tramp, Ceyms Di Vens, İlon Maks və Cefri Saksın öncülük və ideoloqluq etdikləri amerikalı xristian-mühafizəkarlar və texnofaşistlər isə növbəti dünya müharibəsini körükləməklə bir qədər fərqli qlobal məqsədlər güdürlər...