
... Azərbaycanın haqqıdır
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
Rusiyanın tutarsızlığı özünün gələcəyinə ciddi təhdiddir
Şimal küləyi Moskvaya və gizli Tehrana Bakıdan əsir
Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək...
“Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq!”
“Ermənistan ərazisində Azərbaycan xalqına qarşı insanlıq əleyhinə hərbi cinayətlər törətmiş elə şəxslər var ki, onların da cinayət məsuliyyətinə cəlb edilməsi həyata keçirilməlidir, Ermənistan regionda sülh istəyirsə, Bakıda davam edən məhkəmə prosesi ilə yaxından əməkdaşlıq etməlidir”.
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyev jurnalistlərə açıqlamasında, “Minsk Qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz. Kimsə Minsk Qrupunu dirçəltmək istəyirsə, bu, utopiyadır. Ermənistan Minsk Qrupunun saxlanmasına çalışır. Bu kimi hallar, xüsusilə Ermənistanın Konstitusiyası ilə bağlı hallar aradan qaldırılandan sonra regionda sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşacaq. Regionda tam əhatəli sülhün təmin olunması üçün bu da bir şərtdir”, – deyib .
Prezidentin köməkçisi Ermənistan tərəfinin hər hansı qətnamələrlə Azərbaycanın iradəsinə təsir göstərilməsinin mümkünlüyünə dair düşüncələrində yanıldığını bildirib: “Ermənistan və onun havadarları bu düşüncələrində yanılırlar. Eyni zamanda təzminat məsələsi də müzakirə mövzusudur. Cənab Prezidentin tapşırığı əsasında Azərbaycanın aidiyyəti qurumları tərəfindən Ermənistanın 30 illik işğalı dövründə şəhərlərimizin, kəndlərimizin dağıdılması nəticəsində vurulmuş zərər, maddi-mədəni irsimizin dağıdılması və talan edilməsinin çox dəqiq, müfəssəl və müasir metodlarla qiymətləndirilməsi aparılıb. Bu məsələ də ayrıca bir müzakirə mövzusudur ki, regionda tam əhatəli, əsaslı bir sülh təmin edilmiş olsun”.
***
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.