
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
Rusiyanın tutarsızlığı özünün gələcəyinə ciddi təhdiddir
Azərbaycan və Ermənistan sülh danışıqlarında masa üzərində olan sənədin bütün bölmələrini razılaşdırdılar. Məlumdur ki, 2 bəndlə bağlı tərəflər arasında fikir ayrılığı var idi.
Dünəndən başlayaraq Avropa dövlətlərinin Xarici İşlər Nazirlikləri tərəfindən müraciətlər gəlir. Mesajlarda Bakı və İrəvan arasında əldə olunmuş razılıqlar alqışlanır və tez bir zamanda sənədə imza atılması məqsədəuyğun hesab edilir.
Xatırladım ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi (münasibətlərlə) bağlı mətndə qeyd olunan bölmələr rəsmi Bakının şərtləri üzrə aparılmış və uzun danışıqlardan sonra İrəvan ən azı sözdə də olsa razılığa gəldi.
Burada İrəvanın niyə birdən-birə belə qərara gəldiyi sualı ortaya çıxır.
Hamıya məlumdur ki, hazırda Avrasiyanın orta xəttində ciddi dəyişikliklər baş verməkdədir. Paşinyan Tramp və Putin arasında baş tuta biləcək mümkün razılaşmaya və Ukraynada müharibənin bitməsinə qədər xarici siyasətdəki davranışlarına təcili korrektələr etmək qərarına gəlib. Ağ Evin son 5 ildəki mövqeyindən geri çəkiləcəyini bilən Paşinyan təklənəcəyindən çəkinir.
Lakin, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün mətndə olmayan digər 2-3 məsələ var. Yeni konstitusiya da buraya daxildir.
Qeyd edim ki, bölgədə sülh prosesinin yekun sənəd ilə bitməməsində maraqlı olan regional və beynəlxalq aktorlar da az deyil və çox güman ki, onlar çox yaxında şərti sərhədyanı ərazilərdə vəziyyəti gərginləşdirə bilərlər. Sirr deyil ki, Ermənistanda müxtəlif siyasi rəhbərlərin, o cümlədən N.Paşinyanın (Tovuz döyüşləri) danışıqların getdiyi vaxtda hərbi eskalasiyaya getmək təcrübələri var. İndi də eyni addım atıla bilinər. Əgər Ermənistan ordusu xaricdəki havadarları ilə birlikdə şərti sərhədlərdə hücuma başlayarsa, Azərbaycanın 40 km ərazidə təhlükəsizlik zonası yaratmaqdan başqa çarəsi qalmayacaq. Naxçıvanla ölkənin əsas hissəsi ilə arasında məsafə 42 km-dir.
Gözləyək baxaq. Dinamik proseslər çeviklik və uzaqgörənlik tələb edir.