
Çörəkdə ağır metal xəbərdarlığı
“İllərlə bədəndə qalır və yığılır”
“İllərlə bədəndə qalır və yığılır”
Bədənə sızır, içəridən öldürür
Ana bətnində məruz qalınma yeniyetməlik dövründə ortaya çıxır
Berlində yaradılmış süni intellekt 170 növ xərçəngə diaqnoz qoyur
Alkoqol mədəaltı vəzi xərçəngi riskini artırır
Xərçəngə ən çox meylli yaş qrupu müəyyən edilib
Məşhur makaron markası rəflərdən geri çağırılır
Həkimlər artımı səbəbini stress, yaxşı qidalanmamaq, spirtli içki və siqaretdə görür
14 illik araşdırma başa çatdı, nəticələr inanılmazdır
Xərçəngə qarşı qalxan yaradan qida
8 erkən xəbərdarlıq xəstəliyi müəyyən etməyə imkan verir
Heç bir günəş kremi tam qoruma təmin etmir
Həkimlərin görməməzlikdən gəldiyi simptom dəhşətli çıxdı
Radiasiyaya məruz qalan 100 min ada sakini və 2 min əsgərdə 23 növ xərçəng tapıldı
Baydenin gec diaqnoz qoyulan xəstəliyi gündəmdədir
Həkimlər 3 haqlı xəstəliyin əlaməti hesab edir
Elə bir varlıq var ki, onu yenmək mümkün deyil… Hətta artıq xərçəngin diaqnostikasında belə.
“Mən qürurlu bir insan idim”, – 2019-cu ildə Go üzrə Böyük Usta sayılan Li Sedol etiraf etdi: “Mən ən yaxşı və ya ən yaxşılardan biri olduğumu düşünürdüm. Ancaq sonra Süni İntellekt son sözünü dedi. Nə qədər çalışsanız da onu məğlub edə bilməzsiniz. Artıq bu, imkansızdı... Mən birinci olsam belə, o varlığa qalib gəlmək mümkün deyil”…
6 il sonra xərçəng diaqnostikası üzrə ən yaxşı mütəxəssislər də bunu dilə gətirirlər.
Süni İntellektin ECgMLP adlı yeni modeli 99,26 faiz (!) dəqiqliklə endometrium xərçəngini təyin edir. Dünyanın ən güclü həkimləri ən müasir alətlərlər cəmi 78-81 faizlə deyə bilirlər.
ECgMLP-in insanüstü effektivliyi toxumaların xərçəng hüceyrələrini aşkarlamaqda tibb üçün əlçatmaz nəticələr alır.
Endometrium xərçəngi qadınlarda ən çox yayılmış bədxassəli şişidir. Xəstəlik vaxtında aşkar edilərsə və adekvat müalicə aparılırsa əksəriyyət xəstələr sağalır. Bununla belə, ECgMLP-nin sıçrayış nəticələrinin əhəmiyyəti endometrium xərçənginin diaqnostikasından daha böyük hadisədir.
Tədqiqatçılar həmçinin kolorektal (98,57 faiz), süd vəzi xərçəngi (98,20 faiz) və ağız xərçəngini (97,34 faiz) yüksək dəqiqliklə aşkar edərək digər xərçəng növlərinə qarşı universallığını da yoxlayıblar.
“Bu tədqiqatlar zamanı Süni İntellektin təkmilləşdirilmiş modeli xərçəngin diaqnozunda istifadə ediləcək bir proqram sisteminin beyni kimi qəbul edilə bilər» – model müəllifləri belə deyirlər.
Şəxsən məni heyrətləndirən odur ki, ECgMLP ABŞ və ya Çində deyil, Banqladeşdəki Beynəlxalq Duffodil, və Çarlz Darvin universitetləri ilə Avstraliyanın Kalqari və Katolik universitetlərinin müştərək əməkdaşlığının məhsuludur.
Necədir sizin üçün?
Görürsüzmü təbabətdəki inqilabı?
Alimlər Süni İntellektin tibdə də böyük sıçrayış yaratdığı qənaətindədirlər…