Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
18:46 | 31 mart 2025 | Bazar ertəsi
Məqaləyə 273 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Gəlin Makronun ən nüfuzlu rəqibi, Fransanın sağçı Milli Birlik (RN) partiyasının lideri Marin Le Penin həbs edilməsini də Əkrəm İmamoğlunun həbsi qədər eyni coşqu, eyni ehtiras və eyni aqressivliklə paylaşaq, müzakirə edək, etiraz bildirək...
Deyəcəksiniz ki, yox, bu hara, o hara? Ya da deyəcəksiniz ki, Türkiyə bizə qardaş ölkədir, Fransanın isə bizə dəxli yoxdur?
Xeyr, dəxli çoxdur. Türkiyə bizə nə qədər qardaş ölkədirsə, Fransa da bizə elə bir o qədər düşmən ölkə sayılır. Bu ölkə 44 günlük müharibədən sonra açıq şəkildə erməni separatizmini dəstəkləyir. Makron isə dünyanın bir nömrəli ermənipərəst lideri rolunda çıxış edir. Ona görə də Makron öz potensial rəqibini günün günorta çağı həbs etdirirsə, bu həbsin nəticələrinin birbaşa Azərbaycana da aidiyyatı var.
Hərçənd ki, Marin Le Penin özü də qatı ermənipərəstdir. Lakin biz onun həbsindən Makronun anti-Azərbaycan siyasətinə qarşı əks təbliğat vasitəsi kimi yararlana bilərik.
Ona görə də hörmətli əkrəmçilər, buyurun, bu meydan, bu da siz, İmamoğlunun tale ortağı olan Marin Le Pen haqqında da paylaşımlar edin. Və Ərdoğanın qeyri-demokratlığından söz açdığınız kimi, hərdənbir Makronun da anti-demokratlığını sorğulayın.
P.S. Yeri gəlmişkən, Marin Le Pen korrupsiyada və digər cinayətlərdə ittiham olunur. O, dörd il müddətinə azadlıqdan məhrum edilib. İki il şərti azadlıqda olacaq, iki il isə elektron qolbaqla gəzəcək. Le Pen, həmçinin, beş il müddətinə səsvermə hüququndan da məhrum edilib.