Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:55 | 3 aprel 2025 | Cümə axşamı
Məqaləyə 246 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Trampın “tarif müharibəsi”nə məruz qalan ölkələr sırasında biz də varıq...
ABŞ prezidenti Donald Tramp öncədən bəyan edildiyi kimi yeni vergi-gömrük tariflərini açıqladı. Birləşmiş Ştatların digər ölkələrə qarşılıqlı şəkildə tətbiq etdiyi gömrük vergilərinin (tariflər, rüsumlar) siyahısında 100-dən çox ölkə yer alır.
Azərbaycan Trampın ən az – 10 faiz gömrük vergisi tətbiq edəcəyi ölkələr siyahısındadır. Beləliklə ABŞ aprelin 5-dən etibarən Azərbaycandan ixrac olunan mallara 10 vergi tətbiq edəcək.
Digər türk dövlətləri arasında ən çox idxal vergisinə məruz qalan ölkə isə Qazaxıstan olacaq – 27 faizdir.
Tramp bu addımı niyə atdı?
O, bu tarifləri öz ölkəsinin ticarət müstəqilliyini bərpa etmək məqsədilə tətbiq etdiyini vurğulayıb və əmindir ki, bu kimi addımlar nəticəsində ölkəsinin iqtisadi gücü tezliklə yenidən yüksələcək.
Bəs, biz ABŞ-dan hansı məhsulları idxal edirik və bu ölkəyə nə satırıq?
Azərbaycanın ABŞ-dan satın aldığı məhsullar əsas etibarilə qiymətli metallar, mülki təyyarələr və onların ehtiyat hissələri, avtomobillər, cürbəcür avadanlıq və cihazlar, borular, çənlər və s. sahələrə aiddir.
ABŞ-a ixrac etdiyimiz məhsulların sırasına isə təbii meyvə şirələri, mürəbbələr, xalça və digər toxuculuq malları, dərman və ətir hazırlamaq üçün bitkilər, yumurta, şərab məmulatları, neft-kimya məhsulları, müxtəlif texniki avadanlıqlar daxildir.
Bu tariflərin Azərbaycan məhsullarının Amerikada satış imkanlarına sözsüz ki, müəyyən qədər mənfi təsiri olacaq. Qiymətlər artacaq. Bu isə öz növbəsində alıcıların azalmasına səbəb ola bilər. Lakin ümumilikdə isə, Tramp tərəfindən tətbiq edilən 10 faizlik gömrük rüsumları Azərbaycan üçün elə də ciddi itkilər vəd etmir.
Trampın bu addımları ilk növbədə amerikalıları narahat etməlidir. Çünki bu cür radikal qərarlar dünyada ABŞ-a və Trampın özünə qarşı aqressiv münasibəti daha da gücləndirir. Hərçənd ki, amerikalılar arasında Trampın bu qərarlarını dəstəkləyənlər də çoxdur.