
“Sülh üçün jest edin”
Papa Putini Ukraynaya çağırıb
Papa Putini Ukraynaya çağırıb
İnauqurasiya mərasimində dünya liderləri bir araya gəldi
Papa XIV Leonun şərəfinə dondurmalar və pivələr istehsal olunur
Papa XIV Leo sosial mediaya qayıtdı
Yeni Papanın sevimli komandaları bəlli olub
ABŞ prezidenti Roma papasını tənqid edən tərəfdaşının “qulağını çəkib”
ABŞ Papasının gələcəyi bu üç mesajda gizlidir
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Vatikanda amerikalı keşişlərin mövqeyi güclənib
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
Robert Fransis Prevos katoliklərin yeni ruhani lideri oldu
Sikstin kapellasınln bacasından ağ tüstü qalxır
Günortadan sonra növbəti səsvermə keçiriləcək
Yeni Papanı dünyaya elan edəcək Dominik Mamberti kimdir?
Kardinallar Sikstin kapellasına qayıdıblar, 4 səsvermə keçiriləcək
Vatikan səsvermənin ilk turunda yeni Papa seçə bilməyib
Roma Papası öləndən sonra bu ölüm faktının təsdiqlənməsi üçün xüsusi prosedur var.
Belə ki, Papa sarayının kardinalı Kamerlonqo Papanın çarpayısına yaxınlaşır və 3 dəfə onun adını çəkir, daha sonra xüsusi gümüş çəkiclə 3 dəfə onun alnına vurur və bundan sonra Papanın öldüyü təsdiqlənir, daha sonra kardinalın göstərişi ilə onun dəfn mərasiminə başlanılır.
Papanın dəfn mərasimi ənənəyə görə, adətən Papanın ölümündən sonra 4-6 gün ərzində keçirilir və anım mərasimləri isə doqquz gün ərzində baş tutur.
Papanın dəfn mərasimi mürəkkəb mərasimdir, amma Fransis ölümündən öncə bunu sadələşdirib.
Əvvəlki pontifiklər sərv, qurğuşun və palıd ağacından hazırlanmış üç bir-birinin içərisinə keçirilən tabutda dəfn edilirdilər. Papa Fransis isə sinklə örtülmüş sadə taxta tabutu seçib.
Fransis daha bir ənənəni də ləğv edib: əvvəllər mərhum papanın Pontifikatı zamanı onun əməllərinin qısa təsviri olan sikkələr də tabuta qoyulurdu.
Fransis həm də bir əsrdən artıq müddətdə Vatikandan kənarda dəfn edilən ilk Papa olacaq. O, Romadakı dörd əsas papa bazilikasından biri olan Santa Maria Maggiore bazilikasında dəfn ediləcək.
Tabutun rəsmi möhürlənməsi olmayacaq, Papa Fransis ritualın daha çox adi bir xristian üçün dəfn mərasiminə bənzəməsini əmr edib.
Yeni Papanın seçilməsinə 15 gündən sonra başlanacaq və bu Kardinallar kollegiyası tərəfindən baş tutacaq səsvermədə baş tutacaq. Seçkilər Mikelancelonun rəsmləri ilə məşhur olan Sikstin kapellasında ciddi məxfilik şəraitində keçirilir. Bütün kardinallar kişidir.
Yeni papaya yalnız 80 yaşı tamam olmayanlar səs verə bilər – onlara “papabili” deyirlər. Kollegiyaya hazırda 252 katolik kardinal daxildir, onlardan 183-ü səsvermə hüququna malikdir. Yeni papanın yerini kimin tutacağı ilə bağlı müzakirələrdə başqaları da iştirak edə bilər.
Hər bir kardinal qalib seçilənə qədər seçdiyi namizədə səs verir, bu proses bir neçə gün çəkə bilər. Əvvəlki əsrlərdə səsvermə həftələrlə, hətta aylarla davam edə bilib. Bəzi kardinallar hətta yeni papa seçilmədən öncə ölürdülər.
Səsvermə prosesi ilə bağlı yeganə məlumat mənbəyi seçki bülletenlərinin növbəti partiyası yandırıldıqdan sonra Sikstin kapellasının üstündəki bacadan qalxan tüstüdür.
Əgər tüstü qaradırsa, bu o deməkdir ki, konklav qalibi müəyyən edə bilməyib və səsvermə davam edir.
Əgər bacadan ağ tüstü çıxırsa, bu, yeni papanın seçildiyinə işarədir.
Fransis Cənubi Amerikadan (Argentina) olan ilk papa idi.
Əsasən papalar Avropadan, xüsusilə İtaliyadan seçilirlər. Bu günə qədər seçilmiş 266 Papadan 217-si İtaliyadandır.