Kriptovalyuta bazarlarında xaos
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
08:24 | 11 iyun 2025 | Çərşənbə
Məqaləyə 170 dəfə baxılıb
Şriftin ölçüsü
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
FED üzvü Loqandan yeni faiz siyasəti çıxışı
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
ABŞ prezidenti Cia Kobun qərarından şikayət etdi
Tramp administrasiyasının daxilində və xaricində bir sıra müşavirlər Federal Ehtiyat Sisteminin növbəti sədri vəzifəsinə namizədi təklif edirlər – maliyyə naziri Skott Bessent.
Prezident Donald Tramp iyunun 6-da bildirib ki, FED sədri vəzifəsi 2026-cı ilin mayında başa çatacaq Cerom Pauelin yerinə “çox yaxında” birini təyin edəcək. Məsələ ilə tanış olan şəxslərin sözlərinə görə, nəzərdən keçirilən namizədlər siyahısında Trampın noyabrda maliyyə naziri postu üçün görüşdüyü keçmiş FED rəsmisi Kevin Uorş da var.
Bununla belə, rəsmi danışıqların hələ başlamadığı üçün adının açıqlanmasını istəməyən insanlar, Trampın ticarət, vergilər və qaydalardakı köklü dəyişikliklərlə ABŞ iqtisadiyyatını canlandırmaq səylərinə rəhbərlik edən Bessentin indi bu vəzifəyə namizəd olduğunu söyləyib.
“Vaşinqtonda ən yaxşı işim var. İqtisadiyyat və Amerika xalqı üçün kimin daha yaxşı olduğuna prezident qərar verəcək”, – Bessent deyib.
İlk dəfə 2017-ci ildə bu vəzifəyə Paueli irəli sürən Tramp tez-tez FED sədrini faiz dərəcələrini aşağı salmaqdan çəkindiyi üçün tənqid edib. Sədr dəfələrlə Pauellin faiz dərəcələrini aşağı salmamaqla səhv etdiyini bildirib və faiz qərarlarında söz sahibi olması lazım olduğunu bildirib.
Senat kim təsdiq etsə, dünyaya FED-in siyasi müdaxilədən müstəqilliyinin toxunulmaz qaldığını sübut etməli olacaq.