Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
23:20 | 28 iyun 2025 | Şənbə
Məqaləyə 420 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın Yekaterinbur şəhərində azərbaycanlıların yaşadığı evlərə edilən basqın, işgəncə ilə soydaşlarımızın qətlə yetirilməsi Kreml tərəfindən cilalanan böyük rus şovinizminin daha bir qanlı nümayişi oldu. Bu, Rusiya Federasiyasında qeyri-rus xalqlarına qarşı açıq etnik düşmənçilik siyasətinin bariz nümunəsidir.
Hazırda rəsmi Kreml yalnız Stalinə pərəstişi deyil, onun açıq rus irqçiliyi siyasətini də bərpa edir. Moskvadan atılan addımlar yenə Rusiyanı xalqlar həbsxanasına, qeyri-rus xalqları üçün gettoya çevirir. Xalqlar həbsxanası artıq Rusiya dövlətçilik düşüncəsinin bünövrəsini təşkil edir. Bu düşüncə Putin hakimiyyəti dövründə rəsmi ideologiyaya çevrilib. Bu ideologiya özündə rus şovinizmi, imperializm, militarizm, ekspansinizmini ehtiva edir. Bu başqa xalqlara nifrət ideologiyasıdır.
Son illər, Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, erməni işğalına son qoyması, bölgədə və dünyada güclənməsi Kreml ideoloqlarının ölkəmizi hədəf almasına səbəb olub. Kreml təşviqatçıları azərbaycanlılara qarşı nifrət püskürərək düşmən obrazı yaratmağa çalışırlar. Kreml sahibi Qarabağda məğlubiyyəti unuda bilmir. Unuda bilmir ki, Azərbaycanın mübariz ruhunu 1990, 1992, 1993-2020-ci illərdə qırğınlar, etnik təmizləmə, soyqrımı, müharibə, işğalla sındırmaq mümkün olmadı. Azərbaycanın qələbəsi Rusiyanın işğal siyasətinin ən böyük məğlubiyyəti oldu.
Rusiyada faşizm rebrendinq olunub, raşizmə çevrilib. Bu siyasətə Stalin ənənələrinə sadiq qalan Putin rəhbərlik edir. Amma ruslar gərək 1905-1907, Krım müharibəsini, Stalinin QULAQ-larını unutmasın, irqçilik siyasəti elə rusların özünü qurban edib, elə qırılan daha çox onlar olub...
Xalqlar həbsxanasında qiyamı elə bu raşizm siyasəti yaradacaq.
Bu hadisə, bizə bir daha xatırladır ki, şovinizm və millətçiliyin hər növü insanlığa qarşı təhdiddir. Rus şovinizminin qarşısını almaq üçün səsimizi daha da ucaltmalı və beynəlxalq platformalarda bu cür cinayətləri ifşa etməliyik.
Azərbaycanı bu cür terror aktları ilə qorxutmaq mümkün deyil, biz bunu 1988-ci ildən dəfələrlə sübut etmişik. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycana qarşı düşmənçiliyə son qoymaq ilk növbədə Rusiya üçün lazımdır. SSRİ-nin çökməsinə də Azərbaycandan impuls verilmişdi...