Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
10:26 | 26 iyul 2025 | Şənbə
Məqaləyə 611 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Sizə danışım öz “no war”çı vaxtlarımdan. Yəni “savaş yox”, “savaşmayın”, “dincliklə çözün problemləri” dediyimiz zamanlardan.
Mən elə indi də savaşa qarşıyam. Dincliklə çözümdən yanayam. Bir vətəndaş toplumu fəalı olaraq Ermənistanla Azərbaycan vətəndaş toplumunun nümayəndələri arasında dialoqda iştirak edirdim.
44 günlük savaşdan bir az öncəyə qədər bu dialoq zəif də olsa hələ davam edirdi.
İndi Abu-Dabidə iki ölkə razılaşıblar ki, dialoq olsun. Jurnalistlər, vətəndaş cəmiyyətləri üzvləri görüşməyə başlayacaqlar yenə.
Belə görüşlər məğlub ölkə nümayəndələri üçün əlavə psixoloji ağırlıq verirdi o zaman. Bununla belə dialoqu faydalı sayırdıq. Qarşı tərəfin barış arqumentlərini, bu və ya digər məsələyə və hadisəyə münasibətini, əhvalını öyrənmək maraqlı idi.
Söhbətlər qarşılıqlı hörmət çərçivəsində keçirdi şübhəsiz.
Azərbaycan tərəfdə əlaqələndirici hamımızın sayğı bəslədiyimiz Arzu xanım Abdullayeva idi.
İştirakçılar isə hamımızın dəyərli ekspertlər kimi tanıdığımız şəxslər idi.
Ermənistan tərəfdən daim gələnlərin də bəzilərini tanıyırsınız.
İlk qırılma, metamorfoz 2016-cı ilin aprelindəki döyüşdən sonra baş verdi.
Özəlliklə o zaman Qarabağda yaşayan “no war”çılar tezcə əbalarını dəyişib Kalaşnikov götürdülər.
44 günlük savaşda isə hər iki ölkəni təmsil edənlərin bir hissəsi “müsəlləh əsgərəm mən də bu gündən” oxumağa başladılar.
Hamısı yox. Dialoq üçün üz saxlayanlar da var.
Ermənistan tərəfdən bəzilərini dinləyirəm neçə ildir. Davakarın böyüyü elə onlar imişlər.
Deyir ki, Zəngəzurdan Naxçıvana yol vermək Ermənistanın sonu olar.
Dünyanı, Rusiya başda olmaqla, çağırıb tökmək istəyir Zəngəzura ki, təki yol verməsinlər.
David Şahnəzəryan.
O vaxt elə danışmazdı.
Başqaları da var.
Sanki Ermənistanda bir dialoq istəyən, gerçəkdən barış istəyən bir neçə nəfərdən birincisi elə Nikol Paşinyan imiş.
Kimi dindirirsən dava-dava deyir. Dava deyirlər, amma ümidləri yenə uzaqdakı dayılardır. Rusiya, İran, Avropa, ABŞ, Hindistan…
Rusiya zəifləyib, amma yenə ondan ümidlərini kəsmirlər. Yaralı ayının özündə güc tapıb yenidən Qafqaza həmlə edəcəyini umurlar.
Rusiyaya ümidini itirənlər Avropa deyirlər. Avropanın nəsə edəcəyinə inandırmaq istəyirlər özlərini və başqalarını.
ABŞ-a ümidlərini Tramp qırdı. Kamala Harris gəlsəydi indi göylə gedərdilər. Amma yenə də ABŞ-dan ümidlərini üzmürlər.
İrana da güvənirdilər. İndi bir az azalıb, İran toppuzları yeyib udandan sonra.
2 gün öncə Bakıda da yaxşı tanınan, dialoq proqramlarının aparıcısı olsa da Azərbaycan tərəfinə güvənmədiyini gizlədə bilməyən jurnalist son günlərdə məşhurlaşmış Karnegi Fondu eksperti Alesya Vartanyandan soruşur ki, ABŞ hakimiyyətini Cənubi Qafqaz nə dərəcədə maraqlandırır.
O ümidlə ki, ABŞ Zəngəzur dəhlizinə nəzarət etsə, bölgəyə gəlsə, bu Ermənistana böyük qol-qanad verər. Onlar inanırlar ki, ABŞ “sülhməramlısı” Ermənistan üçün Rusiyadan daha yaxşı tərəfkeşlik edəcək.
Alesya Vartanyan cavab verir ki, çox azdır ABŞ-ın bu işdə birbaşa iştirakı.
Alesya Vartanyan deyir ki, ümumiyyətlə heç bir ölkənin bu işdə ciddi və yaxından müdaxiləsi mümkünsüz görünür. Bölgədə əsas söz sahibi Azərbaycandır. Trampın sözü ilə desək, kartların çoxu onun əlindədir.
Yəni Ermənistan uzaqdakı qohumlarına bel bağlamamalı, qonşuları ilə uzaq qohumları vasitəsilə danışmamalı, özü birbaşa qonşularla danışıb yola gəlməlidir.
Bunu Alesya Vartanyan deyir.
Keçmiş “no war”çılar isə oturub uzaq qohumların gəlməsini arzulayırlar.