
Keçmiş prezidentə 27 il həbs qərarı
Məhkəməyə sədrlik edən 5 hakimin 4-ü ittihamı təsdiqləyib
Məhkəməyə sədrlik edən 5 hakimin 4-ü ittihamı təsdiqləyib
On minlərlə etirazçı Bolsonaruya dəstək üçün küçələrə çıxıb
“Bir ölkənin apardığı ticarət müharibələri dünya iqtisadiyyatının tarazlığını pozur”
Prezident Lula ABŞ-ın sanksiyalarını dəstəkləyənləri vətən xaini adlandırdı
Braziliya İEA-ya tam üzvlük üçün rəsmi müraciət edib
Çin-Braziliya nikel anlaşmasına ABŞ-ın “müdaxilə” etməsini istəyir
Dünyanın ən yaşlı insanı doğum gününü qeyd etdi
7 yaralı var, 9 nəfər isə itkin düşüb
Lula da Silva DTT-yə tarif narazılığını bildirib
Braziliya lideri Lula: “ABŞ sanksiyalarına BRICS-lə cavab verəcəyik”
Pekin Vaşinqtonun tarif təhdidlərinə qarşı əməkdaşlığı genişləndirir
ABŞ-lı senator Lindsi Qraham Rusiyadan neft alan Çin, Hindistan və Braziliyanı 100 faiz gömrük vergisi ilə hədələdi
Trampın tarif qərarı qəhvə bazarını silkələdi
Trampın “BRICS” qorxusu gərginlik yaratdı
... İran BRİCS sammitində ABŞ və İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib
Klublararası Dünya Kubokunda hakimlər bədən kameraları taxacaqlar
Braziliyada davam edən futbol üzrə DÇ-2014-ün ilk turundakı matçlar ekran başında izlənmə rekordu qırdı. FİFA-nın rəsmi saytından verilən xəbərdə Braziliya, Yaponiya, Almaniya, İngiltərə, Argentina, Fransa, Hollandiya, Xorvatiya və İtaliya kimi ölkələrdə televiziya qarşısında mundialı izləyən azarkeşlərin rekord saya çıxdığı bildirilir.
FİFA rəsmilərindən Niklas Erikson, «İzlənmə rekordunun qırılması, futbola olan marağın Yaponiyadan Argentinaya qədər dünya səviyyəsində genişlənməsinin bariz nümunəsidir. ABŞ və Avstraliya kimi ölkələrdə belə futbol akademiyalarının çoxaldığını görürük» deyə qurumun sözçüsü qeyd edib.
İngiltərə ilə İtaliya yığmaları arasında keçirilən oyunu isə 14.2 milyon İngilis və 12.8 milyon İtalyan azarkeşi izləyib. Beləcə, iki ölkədə də 2014-də televiziyalardan ən çox izlənən proqramın, sözsüz ki, futbol olduğu bildirilib.
Yaponiya ilə Fildişi Sahilləri arasında oynan futbol matçı nə az, nə çox 34.1 milyon nəfər tərəfindən izlənərkən, Almaniyanın Portuqaliyanı 4-0 yendiyi qarşılaşmanı isə təkcə Almaniyada 26.4 milyon azarkeş ekrandan izlədi. ABŞ və Qana arasında keçirilən qarşılaşma zamanı təxminən 11.1 milyon amerikalı futbolsevər 90 dəqiqə boyu televizor qarşısından çəkilməyib. Bildirək ki, bu günə qədər baş tutan 19 mundialın heç birində bu qədər azarkeş marağına rast gəlinməyib.