
ATƏT dağılır?!
“Minsk Qrupu artıq işləmir”
“Minsk Qrupu artıq işləmir”
Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
Dünənə qədər eyni havanı çalan üçlü indi ayrı ayrılıqda Qarabağ üzərindən oyun quracaqlar
Lavrov: “ABŞ və Fransalı həmsədrlər ATƏT-in Minsk Qrupunu ləğv etdilər”
“Gəncə keçidi” geopolitik güclərin enerji arzularını aparan logistik layihələrin mərkəzində durur
19 il aradan sonra ...
“Azərbaycan həmin obyektlərin ətrafını vursa…”
Ermənistanın son təxribatları sülh əvəzinə müharibəni yaxınlaşdırır
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
Bakının “Hamının hamıya” prinsipi, İrəvanın isə prinsipsizliyi
... Həm İrəvana, həm də Bakıya
Dağlıq Qarabağ münaqişəsinin həlli onu maraqlandırmır
Səfir Riçard Hoqland nikbinlik yaratsa da, o, ciddi irəliləyişləri gözləməyi məsləhət görməyib
İndiki həmsədrlər də Riçard Hoqland kimi oxşar açıqlama verəcəklər
Qarabağ məsələsində “bəzi pozitiv dəyişikliklər” nədir?
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov rəsmi Bakının adından ATƏT Parlament Assambleyası (PA) qarşısında konkret tələbləri açıqlayıb. APA-nın məlumatına görə, ATƏT PA-nın bu gün Bakıda başlayan 23-cü yay sessiyasının açılışında çıxış edən O.Əsədov əvvəlcə Azərbaycanın təşkilat qarşısındakı öhdəlikləri ilə bağlı göstəricilərdən danışıb.
O qeyd edib ki, Azərbaycanda müasir standartlara cavan verən qanunvericilik bazası formalaşdırılıb, vətəndaş cəmiyyətinin bütün parametrləri təmin edilib: «Bu gün ölkədə sürən siyasi sabitlik, yüksək inkişaf, təhlükəsizlik yüksək səviyyədədir. Dövlətin başlıca vəzifələrindən biri öz vətəndaşının təhlükəsizliyini təmin etməkdir və edir».
O.Əsədov təşkilat qarşısında tələbləri də açıqlayıb: «ATƏT münaqişələrin həlli ilə bağlı təkcə dialoq aparan təşkilat yox, konkret əməli addımlar atan təşkilat olmalıdır. Avropada sülh və sabitliyə təhdid olan münaqişələrin həlli təşkilatın gündəmində duran ən vacib məsələ olmalıdır. Eyni zamanda Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də bağlı əməli addımlar atmalıdır. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan bütün beynəlxalq sənədlər icra olunmamış qalır».
Spiker sessiyada iştirak edən ermənilərə xitabən deyib: «Mən bu məsələdə ATƏT-in üzərində dayanmaq istəyirəm. ATƏT-in yay sessiyasının devizi kimi seçilmiş Helsinki təməl prinsipləri Ermənistan tərəfindən kobud şəkildə pozulur. Buna dünya birliyi və ATƏT tərəfindən birmənalı qiymət verilməyib. Bütün bunlar Azərbaycan tərəfini ciddi narahat edir. Azərbaycan ATƏT-dən ciddi şəkildə səylərini artırmağı gözləyir. Assambleyanın Bakıdakı yay sessiyasının gündəliyinə Helsinki prinsiplərinin pozulması ilə bağlı qətnamə layihəsi salınıb. Azərbaycan Helsinki Yekun Aktında nəzərdə tutulan bütün prinsiplərə sadiqdir. Amma neçə illərdir ki, bu aktın təməl prinsiplərinin Ermənistan tərəfindən pozulmasına ATƏT PA heç bir reaksiya vermir. Niyə?! Nə üçün?! Ermənistan tez-tez xalqların öz müqəddəratını təyin etmə məsələsini ortaya atır. Amma ermənilər kobud formada gizlədirlər ki, beynəlxalq hüququn da təsdiqlədiyi kimi, xalqların öz müqəddəratının təyini dövlətlərin ərazi bütövlüyü çərçivəsində, ərazi bütövlüyü şərti ilə baş tuta bilər. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək status verilə bilər. Amma Ermənistan bununla da razı deyil. Bütün bunlara əsasən Ermənistanın Helsinki Yekun Aktını kobudcasına pozması beynəlxalq təşkilatlar tərəfindən cavabsız qalıb. Biz tələb edirik ki, beynəlxalq təşkilatlar ikili standartlara son qoymalıdır».
Sonda O.Əsədov ATƏT-ə rəsmi mesaj da verib: «Burada olmağınızdan istifadə edərək Azərbaycan parlamenti adından yeganə arzumuzu sizə çatdırmaq istəyirəm: biz ATƏT-ə güclü və ədalətli olmağı arzulayırıq».